sonnoqte.az
Xəbər başlıqları
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 08:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

“Uşağı 7 saat nəcis içində saxlayıblar” - Valideyn “Kayu” bağçasından şikayətçidir

Bu gün, 09:07 10 dəfə baxılıb

“Uşağı 7 saat nəcis içində saxlayıblar” - Valideyn “Kayu” bağçasından şikayətçidir

“Ən dəhşətlisi evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər”.
Bunu “Kayu” Tədris və İnkişaf Mərkəzindən şikayətçi olan azyaşlının atası, Atatürk Universitetinin meneceri Elnur Əliyev sosial şəbəkə hesabında yazıb.

“2 yaş 2 aylıq oğlum “Kayu” uşaq bağçası sayəsində “danışmağa” başladı. İlk sözü də “bolnıy sadik” oldu! Oğlum dil açdı, əli ilə alnını göstərib “bolnıy sadik” dedi. Bilmədim sevinim, yoxsa əsəbləşim...

Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə yanlarında çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, “xoşunuz gəlmir, çıxarın”. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Gah ayağı, gah yanları, gah əli göyərirdi uşağın”.

Şikayətçi onu da qeyd edib ki, 3 ay yayı övladını bağçaya qoymayıb:

“Dünən tətilindən sonra ilk gün yenə “Kayu” bağçasıa apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı göm-göydür və şişib. Soruşuram ki, “bu nədir, ilk gündən yenə uşağın alnı göyərib? Artıq sizdən şikayət edəcəm" dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin.”

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı 7 saat sidik və nəcis içində saxlayıblar.

Zəng edib deyirəm ki, sizdən Elm və Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, “Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin.”

“Kayu” uşaq bağçasına aylıq 300-400 manat xərcləməyə dəyməz. Əgər övladınızdan bezməmisinizsə, qətiyyən məsləhətli yer deyil. Təhsil nazirliyində adamları olmasa, bu cür bağçalar bir gün belə fəaliyyət göstərə bilməzdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO