sonnoqte.az
Xəbər başlıqları
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 13:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub

Bu gün, 10:28 10 dəfə baxılıb

“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub


“SOS” (Security Operation Services) MMC-nin növbə rəisi Azər Cəfərov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ rayonu Əlәt qәsәbәsindә yerlәşәn şirkәtlərdən birində mühafizә şirkәtinin hәmin stansiya üzrә növbә rәisi vәzifәsindә işlәyən şəxs dələduzluq əməlində təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Cəfərov növbə rəisi işlədiyi şirkətə əlavə 11 mühafizəçinin işə götürüləcəyi vədi ilə 2 nəfərdən 20 min manata yaxın pul alıb. O, həmin pulları qumar oyunlarına qoyub və uduzub.

1980-ci il təvəllüdlü A.Cəfərov pulları Hacıqabul rayonunda aldığından onun barəsindəki işə rayon məhkəməsində baxılıb. Bildirilib ki, A.Cəfərov əvvəllər də dələduzluq əməli törədib və buna görə məhkum edilib. Hacıqabul Rayon Məhkəməsinin budəfəki hökmü ilə ona 2 il 2 ay həbs cəzası verilib.

A.Cəfərovun həbsdən sonra 1 il 6 ay müddәtinә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququ da məhdudlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO