sonnoqte.az
Xəbər başlıqları
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 08:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

“Rusiya olmasaydı, Türkiyə Ermənistana girəcəkdi” - İrəvanda “102-ci hərbi baza” qarşıdurması böyüyür

Bu gün, 09:12 9 dəfə baxılıb

“Rusiya olmasaydı, Türkiyə Ermənistana girəcəkdi” - İrəvanda “102-ci hərbi baza” qarşıdurması böyüyür


Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Rusiyanın ölkədəki hərbi bazasının təhlükəsizlik baxımından mühüm rol oynadığını bildirib.

Şarmazanov bu fikirləri məhkəmə binasının qarşısında jurnalistlərlə söhbəti zamanı Rusiyanın hərbi birləşməsinin Ermənistanda gələcək mövcudluğu ətrafında gedən müzakirələri şərh edərkən səsləndirib.

İxtisasca tarixçi olan Şarmazanov bildirib ki, 1992–1993-cü illərdə Türkiyə Ermənistana qarşı üç dəfə məhdud hərbi zərbə endirməyi planlaşdırıb. Onun sözlərinə görə, Rusiyanın sərt reaksiyası, 1995-ci ildən etibarən isə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi Türkiyənin mümkün müdaxiləsinin qarşısını alıb.

Şarmazanov hesab edir ki, Ermənistan kimi kiçik ölkələr öz təhlükəsizliklərini təkbaşına təmin edə bilməzlər. Siyasətçinin sözlərinə görə, məhz bu məntiq əsasında İrəvan vaxtilə Moskva ilə müttəfiqlik münasibətləri qurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO