sonnoqte.az
Xəbər başlıqları
  • 13:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 08:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 11:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

“Bakı İrəvanın konstitusiya böhranını kənara qoydu” – “əsas hədəf Zəngəzur”

Bu gün, 16:00 5 dəfə baxılıb

“Bakı İrəvanın konstitusiya böhranını kənara qoydu” – “əsas hədəf Zəngəzur”


Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı yaranmış vəziyyət fonunda Bakının əsas diqqəti Zəngəzur dəhlizinin reallaşdırılmasına yönəltdiyi bildirilir.

Erməni şərqşünas Armen Petrosyan Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşünü və görüşün yekunlarına dair açıqlamanı şərh edib.

Petrosyanın fikrincə, Bakıda Ermənistan konstitusiyasının qısa müddətdə dəyişdirilməsinin çətin olduğu qənaətinə gəliblər və buna görə hazırda diqqət daha çox Zəngəzur dəhlizinin reallaşdırılmasına yönəlib.

Ekspert bunu Ermənistanda keçirilmiş seçkilərdən sonra parlamentdə qüvvələr nisbətinin dəyişməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiyanı dəyişdirmək üçün lazım olan konstitusion çoxluğu əldə edə bilməyib.

Petrosyan bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsində obyektiv problem yarandığından bu mövzu son vaxtlar həm Ermənistan, həm də Azərbaycanda əvvəlki qədər intensiv gündəmə gətirilmir.

Ekspert Əliyev-Paşinyan görüşündə müzakirə olunan digər mühüm istiqamətin qarşılıqlı ticarət olduğunu deyib. Onun sözlərinə görə, hazırda ticarət faktiki olaraq birtərəfli xarakter daşıyır.

Bildirilib ki, ilin ilk yarısında Azərbaycan Ermənistana təxminən 17 milyon dollar həcmində neft məhsulları ixrac edib.

Ermənistandan Azərbaycana ixrac isə cəmi 960 dollar təşkil edib.

Petrosyan bu böyük fərqi iki ölkə arasında daha məzmunlu iqtisadi münasibətlərin qurulması üçün guya siyasi iradənin yetərli olmaması ilə əlaqələndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO