sonnoqte.az
Xəbər başlıqları
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 11:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 

Daha 2577 məhkumu əfv etdi

Dünən, 11:36 13 dəfə baxılıb

Daha 2577 məhkumu əfv etdi


İranın Ali Lideri Müctəba Xamenei 2577 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi barədə müraciəti müsbət cavablandırıb.

“Qafqazinfo” “Pars Today” nəşrinə istinadən xəbər verir ki, qərar Məhəmməd peyğəmbərin və imam Cəfər Sadiqin mövlud günü münasibətilə qəbul edilib. 

Ali Lider ölkənin məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin əfvlə bağlı rəsmi müraciətini təmin etdikdən sonra müvafiq sərəncam imzalanıb. Bildirilir ki, bu sərəncam ümumi və inqilabi məhkəmələr, eləcə də hərbi və penitensiar ədalət mühakiməsi tərəfindən məhkum edilmiş şəxslərə şamil olunur. 

Xatırladaq ki, Müctəba Xamenei iyunun əvvəlində müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO