sonnoqte.az
Xəbər başlıqları
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 11:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 

Zorla ərə verilən 17 yaşlı qız evdən qaçdı - Ata-anası cehiz almağa gedibmiş

31-08-2026, 09:00 19 dəfə baxılıb

Zorla ərə verilən 17 yaşlı qız evdən qaçdı - Ata-anası cehiz almağa gedibmiş


Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinin qarşısı alınıb. 

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. 

Birlik sədrinin sözlərinə görə, azyaşlı qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıbmış. Valideynləri cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə getdiyi zaman 17 yaşlı qız taksiyə minərək sığınacağa gəlib: 

“17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq. Qızın dədə-nənəsi cehiz almağa gedib Sədərəyə, qız da oturub taksiyə ki, “pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər”. O da gətirib... İçəri girəndə nə etdiyini demək istəmirəm...”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO