sonnoqte.az
Xəbər başlıqları
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 11:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 

ŞOK ƏMƏLİYYAT: HƏMAS liderini ələ keçirib, İsrailə APARDILAR

Bu gün, 08:47 3 dəfə baxılıb

ŞOK ƏMƏLİYYAT: HƏMAS liderini ələ keçirib, İsrailə APARDILAR


İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS-ın Daxili Təhlükəsizlik Aparatının rəhbərinin İsrail hərbçiləri tərəfindən ələ keçirildiyini təsdiqləyib.

Bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

"Ümumi Təhlükəsizlik Xidmətini və İsrail Müdafiə Qüvvələrini bu gün göstərdikləri cəsarətli addımlara, HƏMAS-ın Daxili Təhlükəsizlik Aparatının rəhbərinin Qəzzada evinin yaxınlığında saxlanılması ilə nəticələnən əməliyyata görə təbrik edirəm", - deyə Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, adı açıqlanmayan şəxs HƏMAS-ın ən yüksək vəzifəli liderlərindən biridir. O, 2023-cü il oktyabrın 7-də qaçırılan İsrail girovlarının anklav ərazisində saxlanılmasında və daşınmasında birbaşa iştirak edib. Netanyahunun bəyanatında saxlanılan şəxsin son vaxtlar HƏMAS-ın Qəzzada hakimiyyətini bərpa etmək cəhdlərində yer aldığı və regionun silahsızlaşdırılması üzrə razılaşmalara mane olduğu vurğulanıb.

Bu arada, İsrail Müdafiə Qüvvələrinin sözçüsü əməliyyatın Qəzzada İsrail Hərbi Hava Qüvvələrinin hava dəstəyi ilə İsrail Baş Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən həyata keçirildiyini bildirib. İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, saxlanılan şəxs İsrailə aparılıb və dindirilmək üçün təhlükəsizlik qüvvələrinə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO