sonnoqte.az
Xəbər başlıqları
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 08:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu

Bu gün, 09:49 7 dəfə baxılıb

Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu


Bakıda tanışını aldadaraq 8 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Polisə müraciət edən Elcan adlı şəxs tanışı Fəridin ona MİDA-nın Hövsan kompleksində güzəştli şərtlərlə ev alacağına söz verərək xeyli pul aldığını bildirib.

Aparılan araşdırmalarla vəsaitin Abşeron rayonu ərazisində verilməsi məlum olub. Faktla bağlı Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, Fərid taksi sürücüsü olub. O, Bəhram və Elcan adlı tanışlarına atasının MİDA-da briqadir işlədiyini və gördükləri işin qarşılığında onlara evlərin verildiyini yalandan deyib. Bu yolla həmin şəxslərdən xeyli pul alıb.

Lakin sonradan məlum olub ki, Fəridin atası hər hansı tikintidə və ya tikinti şirkətində işləmir. Cinayət işinin başlanmasından sonra Fərid həbs edilib. O, həbsdə olduğu müddətdə Bəhramdan aldığı pulları geri qaytarıb.

Məhkəmədə Fərid Əliyev Eltacdan aldığı pulları da geri qaytaracağını bildirib və vaxt istəyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və həbsdən buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO