sonnoqte.az
Xəbər başlıqları
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 08:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Miqrant böhranına görə minlərlə insan küçələrə axışdı

Bu gün, 08:40 6 dəfə baxılıb

Miqrant böhranına görə minlərlə insan küçələrə axışdı


İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutada miqrant böhranından sonra ölkə daxilində hökumətə qarşı etirazlar güclənib.

“Minlərlə insan şəhərin İspaniya suverenliyində qalmasını dəstəkləmək və hökumətin miqrasiya siyasətinə etiraz etmək üçün küçələrə çıxıb.

30-31 iyul tarixlərində Mərakeşdən Seutaya təxminən 70 min qeyri-qanuni miqrantın keçməyə çalışmasından sonra başlayan böhran ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Həmin hadisələr zamanı 88 miqrantın həyatını itirdiyi açıqlanıb.

Seutanın İspaniya suverenliyi altında olmasını qeyd etmək məqsədilə hər il sentyabrın 2-də keçirilən “Seuta Günü” bu il hökumətə qarşı nümayişlərlə yadda qalıb.

Bələdiyyələr Federasiyasının çağırışından sonra Madrid də daxil olmaqla, ölkənin böyük şəhərlərində aksiyalar keçirilib. Nümayişlər əsas müxalifət Xalq Partiyası (PP) və sağçı “Vox” tərəfindən dəstəklənib.

İspaniya bayraqları daşıyan nümayişçilər Seutadakı miqrant böhranının həllini tələb edib və “Hökumət istefa versin” şüarları səsləndiriblər.

PP lideri Alberto Nunes Feyxoo Baş nazir Pedro Sançesi ölkənin təhlükəsizliyini təmin etməməkdə və İspaniyanın ərazi bütövlüyünü müdafiə etməməkdə günahlandıraraq erkən seçkilər tələb edib.

O, Mərakeşi müdafiə edən açıqlamalar verdiyini bildirdiyi daxili işlər naziri Fernando Qrande-Marlaskanın da istefasını istəyib.

“Vox” lideri Santyaqo Abaskal isə Madriddə keçirilən nümayiş zamanı Sançesi sərt şəkildə tənqid edib və onu Mərakeş hakimiyyətinə xidmət etməkdə ittiham edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO