sonnoqte.az
Xəbər başlıqları
  • 14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

5 ayda 15 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

10-06-2021, 12:57 337 dəfə baxılıb

5 ayda 15 milyard manatı nələrə xərcləmişik? - SİYAHI


2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15240,6 milyon manatlıq, o cümlədən 8381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Dövlət Statistika Komitəsi xəbər verir ki, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2% artıb, qeyri-ərzaq malları üzrə isə 1,9% azalıb.



2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7%-i ticarət müəssisələri, 48,9%-i fərdi sahibkarlar tərəfindən, 23,4%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4% artıb, fərdi sahibkarlar üzrə 0,9%, bazar və yarmarkalarda 12,7% azalıb. Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alınıb.  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO