sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qanunvericiliyə yeni anlayışlar daxil edilir

Bu gün, 10:51 2 dəfə baxılıb

Qanunvericiliyə yeni anlayışlar daxil edilir


Qanunvericiliyə, ”avtonom gəmi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil edilir.

Bununla bağlı təkliflər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, avtonom gəmi səfərin hər hansı bir hissəsində və ya bütün səfər boyunca insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı vasitədir.
Operator isə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir.
Məsafədən idarəetmə mərkəzi avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi kimi layihədə qeyd edilib.

Vurğulanır ki, məcəllə yüksək (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom gəmilərin istismarına və fəaliyyətinə şamil olunacaq.

Layihədə qeyd olunub ki, avtonom gəminin sahibi həmin gəminin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun gəminin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

Avtonom gəminin sahibi və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edəcək.

Həmçinin “Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinə görə isə qanunvericiliyə "Avtonom nəqliyyat vasitəsi" anlayışı daxil olunur.
Belə ki, bu nəqliyyat vasitəsi insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edən nəqliyyat növüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO