sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Azərbaycan üç yeni kamikadze dron istehsal edib

6-05-2026, 11:41 48 dəfə baxılıb

Azərbaycan üç yeni kamikadze dron istehsal edib


Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib.

 "Report" xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

"Arkan-10", "Arkan -10 FO" və "Arkan- 10 FT" adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə "Arkan -10 FO" fiber-optik olduğundan radarlara düşmək ehtimalı çox azdır.

Bildirilib ki, sözügedən pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüyü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO