sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir?

Bu gün, 08:11 1 dəfə baxılıb

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir?


Ramazan ayına sayılı günlər qalıb. Bu ay boyunca şadlıq saraylarında toy mərasimləri demək olar ki, təşkil olunmur. Elə bu səbəbdən də hər il Ramazan ərəfəsində restoranlarda və şadlıq evlərində toy sifarişlərinə ciddi tələbat yaranır. Bəs bu il vəziyyət hansı səviyyədədir?

 Xəzər TV bildirir ki, şadlıq saraylarından bildirildi ki, yanvar-fevral aylarında toy mərasimlərinin sayı azalır. Eyni vəziyyətin bu il də davam etdiyi qeyd olunur.

Şadlıq evlərinin inzibatçıları deyirlər ki, bu il Ramazan ayı ərəfəsində gözlənilən toy canlanması müşahidə olunmur və bunun bir neçə səbəbi var.

Restoran inzibatçıları onu da bildiriblər ki, toy sifarişlərinin ən intensiv dövrü Ramazan ayından sonrakı vaxta təsadüf edir. Artıq bir sıra toy sahibləri Ramazandan sonrakı tarixlər üçün restoranlarda yer yer rezervasiya ediblər.

Qeyd edək ki, bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir.

Martın 20-si və 21-i isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO