sonnoqte.az
Xəbər başlıqları
  • 13:21 – Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO 
  • 09:49 – İlham Əliyev iclas iştirakçılarına müraciət etdi 
  • 10:37 – Bu ay Əliyev və Ərdoğanın iştirakı ilə Kahramanmaraşda açılış olacaq 
  • 10:12 – İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi 

İlqar Mahmudov hər zaman şəhid ailələrin yanındadır

26-12-2023, 10:33 142 dəfə baxılıb



Alekseyevka - Zizik avtomobil yolunun asfaltlanması işlərinə başlanılmışdır



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasəti sayəsində respublikamız, eləcə də bölgələrimiz uğurlu inkişaf yolu keçmiş, həyata keçirilən olduqca mühüm və geniş miqyaslı layihələr müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılmasına, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasına zəmin yaratmışdır.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarovanın müraciəti əsasında  Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Saleh Məmmədovun müvafiq tapşırığı və dəstəyi ilə   Alekseyevka - Zizik avtomobil yolunun asfaltlanması  işlərinə  başlanılmışdır.  
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zizik kənd avtomobil yolunda aparılan işlərin gedişi ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
                Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun ailə üzvləri və kənd sakinləri ilə də görüşərək onların qayğıları ilə maraqlanmış, şəhidin ailə üzvləri və kənd sakinləri onlara göstərilən yüksək diqqətə və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinə olan böyük ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə, həmçinin həyata keçirilən layihədə əməyi olan hər bir şəxsə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.








İlqar Mahmudov Quba şəhər inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir



Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhər inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə şəhər sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Quba şəhərinin sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO