sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – İlham Əliyev Ərdoğana başsağlığı verib 
  • 13:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 21:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 
  • 13:17 – İlham Əliyev Trampa başsağlığı verdi 

Ona etibar edilən bütün işlərdə Anar Salahov özünü doğruldub

10-10-2023, 09:53 286 dəfə baxılıb



Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Anar Salahov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Anar Salahov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

 Anar Salahov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Anar Salahov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Anar Salahovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Anar Salahov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Anar Salahova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Anar Salahov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Salahov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Anar Salahov özünü doğruldub. Bizdə hörmətli Anar Salahovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO