sonnoqte.az
Xəbər başlıqları
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu?

25-01-2023, 13:11 209 dəfə baxılıb

Banklar dollar almır: Manat qıtlığı ya dollar bolluğu?


Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1,5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı hala növbəti hərraclarda uyğun olaraq 51,2 milyon dollar, 35 milyon dollar, 18,7 milyon dollar, 1,5 milyon dollar olub və nəhayət sonuncu hərracda tələbat olmayıb. 

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159,1 milyon  dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642,7 milyon dollar idi:

"Ağıla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1,7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1,6990 AZN, 5 bankın alış məzənəsi 1,6980 AZN, 4 bankın alış məzənnəsi 1,6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır".

Ekspertin sözlərinə görə, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1,6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi:

 "Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır". 

Ekspert buna Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğunun olmasının və ya ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığının yaranmasının səbəb ola biləcəyini deyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO