sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

Deputat Səttar Möhbalıyev Kəngərli rayonunda vətəndaşları qəbul edib

10-07-2026, 15:23 25 dəfə baxılıb

Deputat Səttar Möhbalıyev Kəngərli rayonunda vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Səttar Möhbalıyev Kəngərli rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib. 

aia.az xəbər verir ki, qəbul rayonun Böyükdüz kəndində baş tutub. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələlərin və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib. Digər məsələlər isə qeydə alınıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib. Millət vəkili həmçinin mərasim evinin tikintisinə  və aztəminatlı ailələrə maddi köməklik göstərib.
        
Deputat Səttar Möhbalıyevin keçirdiyi görüşdə iştirak edən Böyükdüz kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Kəngərli rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO