11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib
09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir
08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Səttar Möhbalıyev Kəngərli rayonunda seçicilərlə səyyar görüş keçirib -Fotolar
3-03-2025, 16:39
52 dəfə baxılıb
Martın 3-də Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda seçicilərin səyyar görüş-qəbulunu keçirib.
aia.az xəbər verir ki, deputat görüşlərdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra tədbirin gedişində seçicilərin müraciətləri dinlənilib, onların problemlərinin həll yollarına dair müzakirələr aparılıb. Qaldırılan məsələlərin bir çoxu verilən operativ qərarlar nəticəsində yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər Səttar Möhbalıyev tərəfindən qeydə alınıb, deputat onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.
Deputat Səttar Möhbalıyevin martın 3-də Kəngərli rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: