sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Səttar Möhbalıyev şəhid məzarını ziyarət edib, vətəndaşlarla görüşdü -Fotolar

19-02-2026, 14:28 24 dəfə baxılıb

Səttar Möhbalıyev şəhid məzarını ziyarət edib, vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Səttar Möhbalıyev 19 fevral 2026-cı il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.

aia.az xəbər verir ki, qəbul rayonun Nəzərabad kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib.Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib. Həmçinin sakinlər kənddə artezian quyusunun qazılmasında onlara köməklik göstərilməsilə bağlı S.Möhbalıyevə müraciət ediblər. Millət vəkili bu məsələni də yerindəcə həll edib.

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Nəzərabad kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO