sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Səttar Möhbalıyev şəhid məzarını ziyarət edib, vətəndaşlarla görüşdü -Fotolar

5-03-2026, 15:17 5 dəfə baxılıb

Səttar Möhbalıyev şəhid məzarını ziyarət edib, vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Səttar Möhbalıyev 5 mart 2026-cı il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.

aia.az xəbər verir ki, qəbul rayonun Didivar kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib.Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib. Həmçinin sakinlər kənddə artezian quyusunun qazılmasında onlara köməklik göstərilməsilə bağlı S.Möhbalıyevə müraciət ediblər. Millət vəkili bu məsələni də yerindəcə həll edib.

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Didivar kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO