
Hər bir millətin inkişafı üçün təkcə dövlət siyasəti deyil, həm də xalqın içindən çıxan fədakar, dövlətinə, millətinə sadiq şəxslər lazımdır. Azərbaycan bu baxımdan bəxtiyardır, çünki bu xalqın övladları arasında vətən sevgisini amal, dövlətə sədaqəti borc bilən insanlar çoxdur. Onlardan biri də keçmiş millət vəkili, tanınmış iş adamı Mirzəcan Xəlilovdur.
Mirzəcan Xəlilov illərlə ictimai-siyasi həyatın önündə dayanmış, xalqın səsini tribunaya daşıyan, dövlətçiliyimizin möhkəmlənməsi üçün əzmlə çalışan bir şəxsiyyət kimi tanınıb. Onun fəaliyyətində hər zaman bir prinsip dəyişməz qalıb – xalqına və Prezidentinə sadiqlik.
O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu həyatının mənası kimi qəbul edib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf yolunu qətiyyətlə dəstəkləyir, onun həyata keçirdiyi siyasətin xalq rifahına, dövlətin güclənməsinə xidmət etdiyinə dərin inamla yanaşır.
Mirzəcan Xəlilov üçün siyasət heç vaxt yalnız kürsü, məqam və vəzifə olmayıb. O, siyasəti xalqla birbaşa təmas, insanlara xidmət kimi dərk edib. Millət vəkili olduğu dövrdə regionlarda, kəndlərdə, şəhərlərdə insanlarla görüşüb, onların qayğılarını dinləyib, bir çox sosial məsələlərin həllinə bilavasitə yardım edib.
İllər keçsə də, o ruh, o təvazökar yanaşma dəyişməyib. Bu gün də iş adamı kimi Mirzəcan Xəlilov öz fəaliyyətində dövlət maraqlarını, sosial məsuliyyəti və insan sevgisini əsas götürür. Onun rəhbərlik etdiyi müəssisələrdə yüzlərlə insan işlə təmin olunub, bölgələrdə yeni iş yerləri yaradılıb, iqtisadi canlanmaya dəstək verilib.
Lakin onu fərqləndirən təkcə sahibkarlıq bacarığı deyil, vətənpərvər mövqeyi, şəhid ailələrinə və qazilərə göstərdiyi mənəvi və maddi dəstəkdir. O, heç vaxt bu addımları reklam məqsədi ilə atmayıb – çünki onun üçün bu, sadəcə borcdur. Vətən uğrunda canından keçənlərin ailələrinə sahib çıxmaq, yaralanmış qazilərin yanında olmaq onun mənəvi dünyasının təbii bir hissəsidir.
Mirzəcan Xəlilov hər zaman bəyan edib ki, Azərbaycanın bugünkü müstəqilliyi şəhidlərin qanı ilə yazılıb, bu müstəqilliyi qorumaq isə hər bir vətəndaşın borcudur. Onun üçün vətən sevgisi təkcə sözlə deyil, əməl ilə sübut olunmalıdır.
O, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların, ordumuzun qüdrətlənməsinin, regionların sosial-iqtisadi dirçəlişinin ən böyük tərəfdarlarından biridir. Onun fikrincə, bu siyasətin mahiyyəti ədalət, inkişaf və xalq rifahıdır – bu da müasir Azərbaycanın sabahını təmin edən üç dayağı təşkil edir.
Mirzəcan Xəlilovun həyat fəlsəfəsində “xalq üçün yaşamaq” anlayışı mərkəzi yer tutur. O, insanlara dəstək olmaqdan, problemləri dinləməkdən, onların yanında dayanmaqdan heç vaxt yorulmayıb. Bu səbəbdən o, harada işləməsindən, hansı vəzifədə olmasından asılı olmayaraq, xalqın etimadını qoruyan nadir insanlardan biri kimi tanınır.
Hər zaman sadə, təvazökar, insanlara açıq olan Mirzəcan Xəlilovun davranış tərzi, səmimiyyəti və mərhəməti onu digərlərindən fərqləndirir. O, inanır ki, insanın dəyəri onun vəzifəsində deyil, xalqa etdiyi xidmətdədir.
Bugün o, bir iş adamı kimi təkcə iqtisadi uğurları ilə deyil, həm də vətəndaş mövqeyi ilə nümunə göstərir. Cəmiyyətin sosial layihələrində, xeyriyyə təşəbbüslərində fəal iştirak edir, xüsusən də gənclərin və aztəminatlı ailələrin dəstəklənməsi istiqamətində önəmli işlər görür.
Onun adı bu gün bir çox xeyriyyə layihələrinin, sosial təşəbbüslərin və cəmiyyətin mənəvi dəyərlərini yaşadan tədbirlərin önündə çəkilir. Hər addımı ilə Mirzəcan Xəlilov Azərbaycan insanının gücünə, dövlətin sabahına inamını nümayiş etdirir.
Bu gün Mirzəcan Xəlilovun fəaliyyəti bir daha sübut edir ki, vətənə xidmət təkcə vəzifə ilə deyil, vicdanla olur. O, bütün həyatını bu amal üzərində qurub – xalqına sədaqət, dövlətə bağlılıq və gələcəyə inamla.
Mirzəcan Xəlilov - Azərbaycan Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və prezidentlərin şəxsi dostluq müanisbətləri üzərində günü-gündən inkişaf etməkdədir. Son illər dövlət başçılarımızın müntəzəm şəkildə həyata keçirdikləri qarşılıqlı rəsmi və işgüzar səfərləri ölkələrarası münasibətlərdə yeni horizontlar açmışdır. İki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və təqribən 170 sənəd ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaratmışdır.
Təbii ki, siyasi münasibətlərin dərinləşməsinin təməlində iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstan yerləşdikləri coğrafiyadan çox səmərəli istifadə edərək bir yerdə Orta dəhilizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında körpü yarada bilmişdir. Bu faktor yüklərin çatdırılmasında mühüm rol oynamqla yanaşı, həm də tranzit potensialını artırmışdır. Belə ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olmuşdur. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistik və liman operaturun birləşməsi daşımaları daha sürətli edərək zamanı 38 gündən 19 günə endirmişdir. Dövlətimizin yaratdığı yeni reallıqların aktuallaşdırdığı Zəngəzur dəhlizi Orta dəhlizin seqmenti olaraq beynəlxalq yükdaşımlarda daha böyük nailiyyətlərin əldə olunmasına yol açacaq. Həmin dəhliz reallaşandan sonra Orta dəhlizin uzunluğu daha 600-700 km qısalır, bu da daşıma xərclərinin 10-15% azalmasına yol açacaq. Bütün bunlar Çindən Avropa ölkələrinə qədər Orta dəhliz boyu yerləşən ölkələrin beynəlxalq yükdaşımalarda marağını artıracaqdır.
Orta dəhliz ancaq yüklərin daşınması ilə kifayətlənmir. Belə ki, 2026-cı ilin sonunda tikintisinin yekunlaşdırlmasına hədəflənmiş Xəzər dənizinin dibi vasitəsilə çəkilən rəqəmsal dəhliz və Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şəbəkəsini birləşdirməklə ərsəyə gələcək yaşıl enerji dəhlizi ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaqdır. Azərbaycan və Qazaxıstan həm də beynəlxalq yaşıl enerji və rəqəmsal dəhlizlıəri vasitəsilə regional və qlobal əməkdaşlığın dərinləşməsinə yeni üfüqlər açır.
Qazaxıstan Azərbaycan ərazisndən BTC vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. Amma Azərbyacan 2027-ci ilə qədər illik tranzit həcmini 7 milyon tona çatdırmağı hədəfləmişdir.
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqdadır. Qazaxıstan Mərkəzi Asiyada ölkəmizin birinci ticarət tərəfdaşıdır. Belə ki, 2024-cü ildə 470 milyon dollar təşkil etdiyi halda bu ilin 8 ayında isə bu rəqəm artaraq 547 milyon dollara çatmışdır. 2024-cü ildə Azərbaycan Qazaxıstandan 450 min tondan çox taxıl idxal etmişdir. Ölkələrimiz Qafqaz və Türkiyə bazarlarında kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılmasını planlaşdırır.
Dövlətlərarası qarşılıqlı investisiyaların artması iqtisadi inteqrasiyanı sürətləndirir. Belə ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydiyyatdan keçmişdir. Ölkələrimiz arasında yaradılmış birgə İnvestisya Fondu 300 milyon dollar nizamnamə kapitalı ilə qarşılıqlı investisiya mühitini genişləndirir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisyalar yatırmışdır. İki ölkə arasında yaradılmış hökumətlərarası komissiyanın uğurlu əməkdaşlığı və birgə biznes forumların keçirilməsi yeni əməkdaşlıq potensialının üzə çıxarılması və əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Qazaxıstan işğaldan azad olunmuş ərazilərimizdə keçirlən yenidənqurma və bərpa işlərinə də qardaş hədiyyəsini etmişdir. Belə ki, Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi Azərbaycan və Qazaxıstanın dostluq mərkəzi olmuşdur. Burada təhsil alan 100-dən çox şagird Qazaxıstanın tarixi və mədəniyyətini, birgə köklərini öyrənir və xalqlarımızn daha da yaxınlaşmasına töhfə verir.
Ümumiyyətlə deyə bilərik ki, Azərbaycan və Qazaxıstan dost ölkələr olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməklə, beynəlxalq platformalarda eyni mövqedən çıxış edir. Əlaqələrin genişlənməsi dünyada mövqelərimizin möhkəmlənməsinə töhfə verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.