sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 

Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"

Bu gün, 09:12 1 dəfə baxılıb

Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"


"Xırdalan dairəsinə yaxın ərazidə, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yolötürücüsünün tikintisi planlaşdırılır".

Bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

 O qeyd edib ki, həmin layihə vasitəsilə nəqliyyat axınının əhəmiyyətli hissəsi Bakı-Şamaxı yoluna yönləndiriləcək: "Bu baxımdan iki iri yolötürücüsünün bir-birinə çox yaxın məsafədə yerləşdirilməsi həm texniki, həm də təhlükəsizlik baxımından uyğun hesab edilmir".

A.Rzayev vurğulayıb ki, hazırda Bakı-Sumqayıt yolunda ən ciddi problemlərdən biri Xırdalan dairəsi ətrafında müşahidə olunur: "Tunel boş olsa da, Xırdalana dönmək istəyən avtomobillər üçün ayrılmış zolaq kifayət etmədiyindən əsas hərəkət istiqaməti bağlanır. Bu problemi həll etmək üçün əlavə zolağın tikintisi nəzərdə tutulur".

Onun sözlərinə görə, Xırdalan dairəsi ilə bağlı müxtəlif həll variantları nəzərdən keçirilib: "Amma burada əsas məsələlərdən biri də vəsaitlərin səmərəli istifadəsidir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında Xırdalan şəhərinə M4 magistralından üç alternativ girişin yaradılması nəzərdə tutulub. Yəni Bakı-Şamaxı yolu istiqamətindən yeni bağlantılar vasitəsilə şəhərə giriş təmin ediləcək və bu da M1 magistralına, Bakı-Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO