sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş

14-05-2026, 08:49 15 dəfə baxılıb

Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş


Dünyaca məşhur investisiya şirkəti “Fortress Investment Group”un həmtəsisçisi, milyonçu Coşua Pak Londondakı malikanəsində ölü tapılıb.

51 yaşlı iş adamının cansız bədəninin evin içəridən kilidlənmiş hamam otağında aşkarlandığı bildirilib.

Hadisə ilə bağlı detallar London məhkəməsində keçirilən dinləmələr zamanı üzə çıxıb.

Məlumata görə, Coşua Pak və həyat yoldaşı Jaklin Pak şirkətin Avropa əməliyyatlarını idarə etmək üçün ABŞ-dən Böyük Britaniyaya köçməyə hazırlaşırmış.

İfadələrə əsasən, iş adamı son dövrlər köç prosesi və intensiv iş qrafiki səbəbindən ciddi stress yaşayırmış. Hadisə gecəsi cütlük arasında ABŞ-nin Texas ştatına dönüş biletləri ilə bağlı mübahisə yaranıb.

Məhkəmədə verilən məlumata görə, mübahisə zamanı Pak telefonunu atıb və daha sonra əlində bıçaqla həyat yoldaşına “Məni bununla bıçaqla” deyib. Bundan sonra həyat yoldaşı sakitləşmək üçün başqa otağa keçib.

Ertəsi gün Pak zənglərə cavab vermədikdə, ev işçiləri yuxarı mərtəbədə yerləşən və içəridən bağlı olan hamam otağına daxil olublar. İş adamının meyiti günorta saatlarında aşkarlanıb.

Hadisəni araşdıran məhkəmə-tibb eksperti Fiona İilkoks ölümün “intihar” deyil, “təhlükəli hərəkət nəticəsində təsadüfi ölüm” kimi qeydə alındığını açıqlayıb.

Coşua Pak həmçinin “Majestic Wine” və “Curzon Cinemas” şirkətlərinin sahibi kimi tanınırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO