11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Keniya telekanalı Ağdamda minatəmizləmə prosesindən reportaj hazırladı - Video
6-05-2026, 11:15
18 dəfə baxılıb
Keniyanın “TV47” telekanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi barədə reportaj hazırlayıb.
““Report” xəbər verir ki, telekanalın müxbiri Elizabet Mutuku bütün Qarabağ regionunda mina təhlükəsindən ən çox zərər çəkmiş rayonlardan biri hesab olunan Ağdam rayonuna şəxsən səfər edib.
“Bu ərazilərdə hər addım təhlükəli olaraq qalır. Minalar hələ də torpağın altında, yolların kənarında, evlərdə və kənd təsərrüfatı sahələrində gizli qalır. Qarabağ dünyanın ən çox minalanmış regionlarından biridir. Azərbaycanın hesablamalarına görə, regionda 1,5 milyona qədər mina və partlamamış hərbi sursat qalmaqdadır”, - E.Mutuku qeyd edib.
Jurnalistin sözlərinə görə, ərazinin təmizlənməsi yavaş və son dərəcə təhlükəli bir işdir:
“İstehkam qrupları son dərəcə ehtiyatla hərəkət edərək hər bir siqnalı yoxlayır və ərazini hissə-hissə təmizləyirlər”.
İstehkam xidmətinin nümayəndəsi Namiq Balayev də telekanala açıqlama verib.
“Biz bu regionda minatəmizləmə prosesinin başa çatması üçün konkret müddət deyə bilmərik, çünki burada xeyli mina var və ərazi ciddi şəkildə çirklənib. Bəzi sahələr daha az, digərləri isə daha çox çirklənib, buna görə də bu, ehtimal etdiyimizdən qat-qat çox vaxt apara bilər”, - o bildirib.
Telekanal vurğulayıb ki, müasir texnikanın, dronların və xüsusi təlim keçmiş minaaxtaran itlərin istifadə edilməsinə baxmayaraq, işin əhəmiyyətli hissəsi hələ də əllə yerinə yetirilir.
“İrəliləyişə dair əlamətlər artıq gözə çarpır. Bunlar torpağın dərinliyində gizlədilmiş və minatəmizləmə gedişatında uğurla aşkar edilmiş minaların bir hissəsidir. Burada isə uzun müddət torpağın altında qalmış daha təhlükəli hərbi sursatlar yerləşir”, - reportajda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: