sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 

Çin dönüşü İran planı - İki hərbi seçim var

Bu gün, 08:44 2 dəfə baxılıb

Çin dönüşü İran planı - İki hərbi seçim var


ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Vaşinqton administrasiyasının İrana qarşı yeni hərbi addımları müzakirə etdiyi bildirilir.

ABŞ mediasında yayılan məlumatlara görə, Ağ Ev Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə bağlı yeni təhlükəsizlik variantlarını nəzərdən keçirir.

İddialara əsasən, masadakı əsas variantlardan biri “Azadlıq Layihəsi” adlı hərbi planın yenidən gündəmə gətirilməsidir. Planın əsas məqsədinin Hörmüz boğazında gəmi keçidlərinin təhlükəsizliyini təmin etmək və beynəlxalq dəniz ticarətini qorumaq olduğu bildirilir.

Məlumata görə, bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə daha aktiv fəaliyyət göstərməsi nəzərdə tutulur.

Digər variant kimi isə İranın strateji infrastruktur obyektlərinə qarşı məhdud və ya genişmiqyaslı hava əməliyyatlarının müzakirə edildiyi iddia olunur.

ABŞ rəsmilərinə istinadən yayılan xəbərlərdə Vaşinqtonun xüsusilə İranın bölgədəki hərbi fəaliyyəti və dəniz nəqliyyatına təsir imkanlarından narahat olduğu qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO