sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 

Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO

Bu gün, 11:13 2 dəfə baxılıb

Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO


"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC və "AzInTelecom" MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında "SİMA Pay" - üztanıma ilə ödəniş sistemi tətbiq olunub.



Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin "Face Pay" təcrübəsinin Azərbaycanda "SİMA Pay" rəqəmsal ekosistemi və "ADY Mobile"ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO