
Şəmkir rayonunun Təzəkənd bələdiyyəsinin sədri Zakir Bağırov uzun illərdir ki, yerli idarəçilik sahəsində göstərdiyi fəaliyyətlə seçilən, sakinlərin etimadını qazanmış ictimai xadimlərdən biridir. O, kəndin sosial, infrastruktur və ictimai həyatının inkişafında mühüm rol oynayaraq, dövlət siyasətinin yerli səviyyədə effektiv icrasına töhfə verir. Zakir müəllim sadəcə bələdiyyə sədri kimi deyil, həm də kənd camaatının problemlərinə həssas yanaşan, onların qayğılarını öz qayğısı bilən bir rəhbər kimi tanınır.
Onun rəhbərliyi dövründə Təzəkənd kəndində bir sıra əhəmiyyətli infrastruktur işləri həyata keçirilib. Kənd yollarının abadlaşdırılması, yağış və su kanallarının təmizlənməsi, ictimai yerlərin yaşıllaşdırılması və yeni ağacların əkilməsi kimi layihələr Zakir Bağırovun təşəbbüsü ilə reallaşdırılıb. O, bələdiyyənin səlahiyyətləri çərçivəsində kəndin inkişafını dayanmadan izləyir, imkan daxilində resursların düzgün bölüşdürülməsinə nail olur.
Zakir Bağırov kənd əhalisi ilə daim sıx təmasdadır. O, vətəndaşların ehtiyaclarını dinləyir, onların hər bir müraciətinə diqqətlə yanaşır və həll yolları tapmaq üçün aidiyyəti qurumlarla əməkdaşlıq edir. Xüsusilə aztəminatlı ailələr, tənha ahıllar və şəhid ailələri daim onun diqqət mərkəzindədir. Onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirir.
Bələdiyyə sədri kimi Zakir müəllim həm də kənddə ictimai həmrəyliyin möhkəmləndirilməsinə xüsusi önəm verir. O, bayram və anım günlərində, milli-mənəvi dəyərlərin yaşadılması məqsədilə müxtəlif tədbirlərin təşkilinə öncüllük edir. Bu tədbirlər həm gənclərin vətənpərvərlik ruhunda böyüməsinə, həm də kənd sakinlərinin bir-birinə bağlılığının güclənməsinə xidmət edir.
Təhsil və gənclərin inkişafı da Zakir Bağırovun diqqət yetirdiyi əsas sahələrdəndir. O, məktəblərlə sıx əməkdaşlıq edir, müəllim və şagirdlərin ehtiyaclarına həssas yanaşır. Kənddə yaşayan gənclərin idman, mədəniyyət və təhsil sahəsində daha aktiv olmaları üçün müxtəlif təşəbbüslər irəli sürür, onların fərdi inkişafına dəstək göstərir.
Zakir Bağırovun fəaliyyətində şəffaflıq, səmimiyyət və məsuliyyətlilik mühüm yer tutur. O, vəzifəsini formal icra etməklə kifayətlənmir, bələdiyyə rəhbərliyini real xalq xidməti kimi qəbul edir. “Bələdiyyə xalqın içində olmalıdır” prinsipinə sadiq qalaraq hər gün kənd sakinləri ilə birlikdə olur, onların dərdini və sevincini bölüşür.
Onun mühüm üstünlüklərindən biri də dövlət orqanları ilə yerli əhali arasında körpü rolunu oynaya bilməsidir. Hər hansı layihənin kənddə reallaşması üçün aidiyyəti qurumlarla danışıqlar aparır, kəndin inkişafı naminə hər bir imkandan yararlanmağa çalışır. Bu da onun həm təşkilatçılıq bacarığını, həm də dövlətə bağlılığını göstərir.
Şəmkirin Təzəkənd kəndində görülən işlər və yaranan müsbət dinamika Zakir Bağırovun idarəçilik üslubunun konkret nəticəsidir. O, hər zaman deyir ki, rəhbərliyin ən böyük mükafatı xalqın rəğbətidir və bu gün Təzəkənd camaatı ona məhz bu rəğbəti göstərir.
Beləliklə, Zakir Bağırov bələdiyyə rəhbəri kimi kəndin inkişafı, sosial rifahın yüksəldilməsi və ictimai həmrəyliyin qorunması sahəsində ardıcıl və məqsədyönlü işlər görən nümunəvi ictimai xadimdir. Onun fəaliyyəti yerli idarəçilik sahəsində məsuliyyətli və vicdanlı xidmətin real göstəricisidir.
Şəmkir rayon Təzəkənd bələdiyyəsinin sədri Zakir Bağırov - Füzuli bölgənin tarixində, iqtisadi və mədəni həyatında mühüm yer tutan bir məkandır. Bu torpaq öz qədimliyi, zəngin mədəni irsi və strateji mövqeyi ilə seçilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Füzuli işğaldan azad olundu və artıq sürətlə bərpa edilərək, müasir şəhərsalma və dayanıqlı inkişafın yeni modelinə çevrilməkdədir.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayına qədər uzanan geniş düzənlik və alçaq sahələri əhatə edir. Coğrafi baxımdan bu ərazi həm strateji, həm də iqtisadi üstünlüklərə malikdir. Rayonun qərbində Cəbrayıl, şimalında Xocavənd, şimal-şərqində Ağcabədi, şərqində isə Beyləqan rayonları yerləşir. Cənubdan isə Araz çayı boyunca İranla həmsərhəddir.
Ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə daxildir və su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır. 1386 kvadrat kilometr sahəni əhatə edən bu torpaqlar həm kənd təsərrüfatı, həm də sənaye potensialı baxımından böyük imkanlara malikdir. Füzulinin yerləşdiyi mövqe, eyni zamanda onun regionda mühüm kommunikasiya və logistika mərkəzinə çevrilməsini təmin edir.
Füzuli tarix boyu Qarabağın mədəni və iqtisadi həyatında aparıcı mövqedə olmuşdur. Əsası 1827-ci ildə qoyulan yaşayış məntəqəsi 1930-cu ildə Qaryagin rayonu kimi inzibati vahid statusu almışdır. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bu torpaq həm də zəngin tarixi-memarlıq irsinə malikdir. Babı kəndindəki səkkizguşəli Şeyx Babi Yaqub türbəsi (XIII əsr), Aşağı Veysəllidəki Mirəli türbəsi (XIV əsr), Əhmədalılar kəndindəki sənduqə formalı qəbirdaşları və XIX əsrə aid Cəlil türbəsi həmin diyarın çoxəsrlik mədəni ənənələrindən xəbər verir.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu hadisə nəticəsində minlərlə füzulili doğma yurdlarını tərk etməyə məcbur qaldı, onilliklər boyu Vətən həsrəti ilə yaşadı. İşğal zamanı yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, məktəblər, xəstəxanalar, mədəniyyət evləri, dini abidələr dağıdıldı.
Məlumatlara görə, 400-ə yaxın rayon sakini müharibə əlili olmuş, 663 nəfər şəhid, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu Füzulinin 22 kəndini azad etsə də, şəhərin özü uzun illər düşmən tapdağı altında qalmışdır.
2020-ci il oktyabrın 17-si Azərbaycan xalqının tarixinə əbədi yazıldı. Həmin gün Müzəffər Ordumuz Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda strateji əhəmiyyətli əməliyyatlarından biri idi. Düşmən illərlə möhkəmləndirdiyi müdafiə xətlərini itirərək geri çəkildi. Bu şanlı Qələbə ölkə rəhbərliyinin uzaqgörən hərbi-siyasi qərarlarının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının uğurlu nəticəsi idi.
Füzuli uğrunda döyüşlər xalqımızın qəhrəmanlıq salnaməsinə yazılıb. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Bu mübarizədə iştirak etmiş 25325 hərbi qulluqçu bu medalla təltif olunub. Həmin addım şanlı ordunun şücaətinə verilən dəyər, Füzulinin azadlığı uğrunda canını fəda edən igidlərin xatirəsinə ehtiramın təcəssümüdür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Füzuli azad edildikdən sonra qısa müddətdə genişmiqyaslı bərpa və quruculuq işlərinin mərkəzinə çevrilib. 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Bu sənəd şəhərin müasir standartlara uyğun, ekoloji və sosial cəhətdən davamlı məkana çevrilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarı kompleksi istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları bu bölgənin iqtisadi cəhətdən canlanmasında mühüm rol oynayıb.
2023-cü il avqustun 18-dən etibarən Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. İlk mərhələdə 824 ailə (3141 nəfər) doğma yurduna qovuşdu. Böyük Qayıdış Proqramına əsasən, 2026-cı ilin sonunadək Füzulidə 22 min, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insan yaşayacaq. Bu proses dövlətin sosial siyasətinin, vətəndaş rifahına qayğısının və milli həmrəyliyin ən bariz nümunəsidir. Qayıdan ailələr üçün inşa olunan müasir mənzillər, məktəblər, xəstəxanalar və sosial obyektlər yeni həyatın başlanğıcını simvolizə edir.

Füzulinin bərpası prosesində qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına tam orta məktəb inşa edilmişdir. Bu təhsil ocağı həm maddi, həm də mənəvi yardımla həyata keçirilmiş dostluq nişanəsidir. Eyni zamanda, 2024-cü il martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olmuşdur. Bu layihələr türk dünyasının qardaşlıq əlaqəlarının gücləndiyini və birgə gələcəyə inamın təntənəsinə çevrildiyini göstərir.
Artıq Füzuli “ağıllı şəhər”, “yaşıl enerji”, “davamlı inkişaf” kimi anlayışların real tətbiq olunduğu bir məkana çevrilməkdədir. Burada aparılan yenidənqurma işləri gələcək nəsillər üçün müasir, ekoloji cəhətdən təmiz və iqtisadi baxımdan dayanıqlı şəhər modelinin formalaşmasına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.