sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Bu şəxslərin beyninə çip qoyulacaq

30-01-2026, 14:22 11 dəfə baxılıb



Milyarder İlon Mask tərəfindən qurulan neyrotexnologiya şirkəti Neuralink beyin implant texnologiyası üçün insan sınaqlarının əhatə dairəsini genişləndirir.

Şirkət hazırda 21 könüllünün dünya miqyasında aparılan klinik sınaqlarda iştirak etdiyini açıqlanıb.

İyun ayında Neuralink rəhbərliyi 7 nəfərin artıq beyin çipləri aldığını və Kaliforniyada yerləşən şirkətin Kanada, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində cihazı sınaqdan keçirmək üçün lazımi təsdiqləri əldə etdiyini bildirib.

Şirkət açıqlamasında bildirib ki, hazırda dünya miqyasında aparılan sınaqlarda iştirak edən 21 iştirakçı var.

2024-cü ilin yanvar ayında İlon Mask ilk insanın Neuralink implantını aldığını və sağalma prosesinin müsbət şəkildə irəlilədiyini açıqlamışdı. Mask ilkin məlumatların "olduqca ümidverici" olduğunu söyləmişdi. Neuralink tərəfindən hazırlanan və "Telepatiya" adlanan beyin-kompüter interfeysi əsasən üzvlərindən istifadə etmək qabiliyyətini itirmiş şəxslər üçün nəzərdə tutulub. Məqsəd istifadəçilərə yalnız düşüncələrindən istifadə edərək kompüter və smartfonlar kimi rəqəmsal cihazları idarə etməyə imkan yaratmaqdır.

Neuralink tərəfindən hazırlanmış beyin çipi iflic olmuş istifadəçilərə robot əl-ayaqlarını yalnız düşüncələri ilə idarə etməyə imkan verir. Bu texnologiya kompüterləri və rəqəmsal cihazları idarə etməkdən əlavə, fiziki hərəkətlilik də təmin edir.

Dalğıc qəzasından sonra iflic olan Noland Arbo beyninə çip yerləşdirilən ilk insan olub. Arbo yalnız düşüncə gücündən istifadə edərək onlayn şahmat oynaya bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO