sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

İranda etirazlarda öldürülən şəxslərin siyahısı dərc ediləcək - Pezeşkian əmr imzaladı

29-01-2026, 10:00 8 dəfə baxılıb



İran prezidenti Məsud Pezeşkianın əmrinə əsasən tezliklə son iğtişaşların bütün qurbanlarının adları dərc ediləcək.

Məlumatı İran prezident aparatının kommunikasiya şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai "X" hesabında açıqlayıb.

Onun sözlərinə görə, məqsəd Qərb mediasında saxtakarlıq və fərziyyələrin qarşısını almaqdır: "Prezidentin sərəncamı ilə son faciəli hadisələrin bütün qurbanlarının adları və təfərrüatları dərc olunacaq. Həmçinin ziddiyyətli məlumat və ifadələri hərtərəfli yoxlamaq və təsdiqləmək üçün bir mexanizm yaradılıb".

Təbatabainin sözlərinə görə, bu addım Qərb mediasının statistikanı saxtalaşdırmaq cəhdlərinə cavabdır: "Məqsəd yalan danışan hər kəsi ifşa etməkdir".

İranın xarici işlər naziri Abbas Əraqçi 23 yanvarda ölənlərin sayının həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla 3117 nəfərə çatdığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO