sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

İrəvan Ankaraya mesaj verdi: sərhədlərin tam açılmasına...

29-01-2026, 16:00 7 dəfə baxılıb



Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında ölkəsinin Türkiyə ilə münasibətlərin yekun tənzimlənməsində maraqlı olduğunu bəyan edib.

 Mirzoyan Ermənistan–Türkiyə dialoqunda müəyyən irəliləyişin mövcud olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, sərhədlərin tam açılması, diplomatik münasibətlərin qurulması və dəmir yolu əlaqəsinin bərpası təkcə İrəvan və Ankara arasında deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bu proseslər regional sabitliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və ticarət-logistika imkanlarının artmasına şərait yarada bilər.

Mirzoyan əlavə edib ki, Ermənistan bu istiqamətdə dialoqu davam etdirmək niyyətindədir və atılacaq addımların Cənubi Qafqazda uzunmüddətli sabitliyə töhfə verəcəyinə ümid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO