sonnoqte.az
Xəbər başlıqları
  • 11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 13:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 11:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 11:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

1-10-2025, 10:23 29 dəfə baxılıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır


Afrika–Azərbaycan Cooperation təşkilatının təsisçisi və rəhbəri Rəna Qəfərova elan edib ki, bu ilin sonunda Azərbaycan iş adamları, istehsalçıları və ixracatçıları üçün Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq.

120 milyondan çox əhalisi ilə Efiopiya Afrikanın ən iri və perspektivli bazarlarından sayılır. Siyasi sabitliyi, iqtisadi inkişafı və xarici sərmayələrə açıq mühiti Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradır.
Azərbaycan və Efiopiya arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. 2023-cü ilin sentyabrında Efiopiya Prezidenti Sahil-Work Zewde Bakıya dövlət səfəri edərək Prezident İlham Əliyevlə görüşüb və ASAN Xidmət modeli ilə tanış olub. Bu da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini göstərir.
Səfərin proqramına Azərbaycan–Efiopiya Biznes Forumu, B2B və B2G görüşlər, sənaye parklarına ziyarətlər və sektoral müzakirələr daxildir. Bütün təşkilati dəstəyi Afrika–Azərbaycan Cooperation təmin edəcək.

Efiopiya iqtisadiyyatı

İstehsal: kənd təsərrüfatı, qida emalı, tekstil, dəri, sement, metal emalı.

İxrac: qəhvə, paxlalılar, gül və çiçəklər, qızıl, yağlı toxumlar, dəri məmulatları.

İdxal: maşın və avadanlıqlar, elektronika, yanacaq, kimyəvi maddələr, nəqliyyat vasitələri, qida məhsulları.

Afrika–Azərbaycan Cooperation-un fəaliyyəti

2023-cü ildən fəaliyyət göstərən təşkilat BƏƏ, Türkiyə, Rusiya kimi ölkələrdə forumlarda iştirak edib, bu ilin aprelində isə Mərakeşə biznes səfər təşkil edib. Növbəti Efiopiya səfəri təşkilatın Afrikada həyata keçirdiyi ikinci böyük biznes missiya olacaq.
Bu səfər Azərbaycan sahibkarları üçün Afrika bazarına çıxış, tərəfdaşlıq qurmaq və sərmayə imkanlarını dəyərləndirmək baxımından mühüm fürsət yaradacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO