sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

“Günəşli” Nevroloji Sanatoriyası – Yeni rəhbər Vüqar Məhərrəmov ilə sağlamlıq və istirahətdə yeni mərhələ

5-08-2025, 15:10 317 dəfə baxılıb

“Günəşli” Nevroloji Sanatoriyası – Yeni rəhbər Vüqar Məhərrəmov ilə sağlamlıq və istirahətdə yeni mərhələ


Abşeron yarımadasının ən gözəl və səfalı guşələrindən biri olan Mərdəkan qəsəbəsi təkcə tarixi və təbiəti ilə deyil, həm də sağlamlıq mərkəzləri ilə məşhurdur. Bu mərkəzlər arasında xüsusi yerə sahib olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” QSC-nin “Günəşli” Nevroloji Sanatoriyası uzun illərdir sağlamlığını bərpa etmək, istirahət etmək və əsəb sistemini sakitləşdirmək istəyən insanların sevimli ünvanıdır.

Bu sanatoriyanın unikal xüsusiyyəti onun yerləşdiyi ərazinin iqlimi və təbiətidir. Mülayim-quru iqlim, ilin beş-altı ayı ərzində Xəzərin şəfalı sularında çimmək imkanı və əsəb sistemi xəstəliklərinin müalicəsinə uyğun hava şəraiti sanatoriyanı əvəzsiz edir. Burada aparılan təbii müalicə üsulları, o cümlədən müalicəvi palçıq və yod-bromlu mineral sular əsasında həyata keçirilən prosedurlar unikal effekt verir, xəstələrin sağlamlığına müsbət təsir göstərir.

Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

“Günəşli” nevroloji sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir. Sözsüz ki, hər birimiz Varnanın qızıl qumları, Soçi çimərlikləri, Krım havası və Anapa günəşi barədə uzun-uzadı hekayələr eşitmişik. Lakin bu kurortlar arasında tək Mərdəkan sadaladığımız təbii xassələrin hamısını özündə cəmləşdirir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş adıçəkilən Abşeron kurortunu fərqləndirən xüsusiyyətlərdəndir.

Mərdəkana xas olan iqlim tipinin və təbii mənbələrin müalicəvi özəllikləri barədə biliklər qədim vaxtlardan bəri məlumdur. Artıq neçənci yüzillikdir ki, müalicə almaq üçün insanlar məhz Mərdəkana üz tutur. Müxtəlif duzlar, brom və yod buxarları ilə zəngin olan Mərdəkan havasının özü belə müalicəvi təsir göstərir. Bəs buranın dənizi? Mərdəkan sahilində dəniz suyunun hərarəti may ayında 19oC, avqustda – 27oC, oktyabrda isə 18,5oC təşkil edir. Park və bağlarla əhatə olunmuş kurort qəsəbəsi ölkənin hər tərəfindən ziyarətçiləri özünə cəlb edir. Minlərlə insan Mərdəkanda sağlamlığını bərpa edir, dincəlir və qüvvət yığır.

Müalicə və iqlim amillərinin kombinasiyası Mərdəkanı sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir. Məhz bu səbəbdən Mərdəkanda yerləşən “Günəşli” nevroloji sanatoriyası olduqca populyardır. “Günəşli”-ni seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, tennis meydançası və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.

Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Burada hər bir şey tək məqsədə tabedir; bu məram – insanları xoşagəlməz və qıcıqlayıcı amillərdən mümkün qədər uzaqlaşdırmaq və müalicənin səmərəliyini təmin etməkdir. Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

Balneoloji müalicəxananın imkanlarına müxtəlif duşlar, vannalar, kliniki-diaqnostik və biokimya laboratoriyaları, müxtəlif növ inhalyasiyaların, eləcə də masaj və müalicəvi bədən tərbiyəsinin keçirilməsi daxildir. Sanatoriyada siz yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə ala bilərsiniz. Dəniz vannaları və açıq səma altında yuxu sinir sisteminin bərpası və güclənməsinə ən çox təsir göstərən müalicə üsulları arasında öz yerini tutur.

Günəş, dəniz və qum bir çox xəstəliklərə çarədir. Müalicə müddətindən artıq bir həftə keçdikdə, pasiyentlər bir çox müsbət dəyişiklikləri hiss etdiklərini bildirirlər: yorğunluq və pis əhval-ruhiyyə geri çəkilir, yuxusuzluq narahatçılığa səbəb olmur; əksinə, insan daha da gümrahlaşır və özünü qat-qat yaxşı hiss edir. Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizlərə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir- və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindədir.

Sanatoriyanın müalicəxanası müasir avadanlıqlar və peşəkar tibbi personal ilə təchiz olunub. Burada əsəb sistemi xəstəliklərinin müalicəsi üçün ən müasir metodlar və xalq təbabətinin təbii elementləri birləşdirilərək insanlara hərtərəfli xidmət göstərilir. Hər bir pasiyent üçün fərdi müalicə planı tərtib edilir, nəticədə qısa müddətdə müsbət dəyişikliklər müşahidə olunur.

Son zamanlar sanatoriyanın inkişafında yeni mərhələyə qədəm qoyulub. Yeni təyin olunmuş rəhbər Vüqar Məhərrəmov bu sahədə təcrübəli və peşəkar idarəçi kimi seçilir. O, sanatoriyanın yalnız müalicə xidmətlərini deyil, həm də istirahət və məişət şəraitini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə ciddi addımlar atır. Vüqar müəllim yüksək idarəçilik bacarığı, işgüzarlığı və insanlarla səmimi münasibəti ilə kollektivdə və sanatoriyanın çoxsaylı qonaqları arasında böyük rəğbət qazanıb.

Onun rəhbərliyi altında müasir komforta malik otaqlar yenilənir, tibbi avadanlıqlar yenisi ilə əvəz olunur, personalın peşəkarlığının artırılması üçün təlimlər təşkil edilir. Vüqar Məhərrəmovun əsas məqsədi hər bir qonağın “Günəşli” sanatoriyasından sağlam, xoş xatirələrlə ayrılmasını təmin etməkdir.

Şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və dəstək də Vüqar müəllimin işinin əsas istiqamətlərindəndir. O, bu kateqoriyadan olan şəxslərin sanatoriyada pulsuz və ya güzəştli əsaslarla müalicə almasına şərait yaradır, sosial məsuliyyətin yüksək səviyyədə icrasına xüsusi önəm verir.

Bugün “Günəşli” sanatoriyası yalnız müalicə və reabilitasiya mərkəzi deyil, həm də insanlara mənəvi rahatlıq və yüksək xidmət təqdim edən unikal bir məkandır. Yeni rəhbərliklə birlikdə bu məkan Azərbaycanın ən qabaqcıl sanatoriyalarından biri olmaq yolunda böyük addımlar atır.



İstirahət
Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kitabxana, kafe, çayxana və diskobar fəaliyyətdədir. Sanatoriya həmçinin müxtəlif məişət xidmətləri göstərilir..

Onu da qeyd etmək lazımdır ki, sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.

















Qidalanma
Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.

Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir- və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindədir.








Müalicə
Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.

Tibbi göstərişlər
- Mərkəzi sinir sistemində iltihabi proseslərdən sonra əmələ gələn qalıq əlamətlər (meningit, serebral araxnoidit, ensefalit, mielit, ensefalomielit)
- Mərkəzi sinir sisteminin damar xəstəliklərinin qalıq əlamətləri (insult, serebral arteroskleroz, hipertenziv ensefalopatiya)
- Baş beyin və onurğa beyin zədələrindən sonra əmələ gələn qalıq əlamətlər
- Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və nevropatiyalar)
- Sinir sisteminin funksional xəstəlikləri
- Vegetativ sinir sisteminin xəstəlikləri

Tibbi əks-göstərişlər
- Kəskin formada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III mərhələ
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- Psixoterapiya
- Aromaterapiya
- Sualtı duş-masaj
- Sualtı dartılma (hidrotraksiya) üçün müalicəvi hovuz
- İqlim terapiyası

Müalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur:
- Elektrokardioqrafiya
- USM
- Mioqrafiya
- Ensefaloqrafiya
- Kliniki və biokimya laboratoriyaları

Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Qastroenteroloq
- Uroloq
- Ginekoloq


























Yaşayış
Yerləşmə baxımından sanatoriya iki beşmərtəbəli korpus üzrə 303 çarpayı, 49 ikinəfərlik lüks kateqoriyalı nömrə, 95 ikinəfərlik birotaqlı nömrə və 15 birnəfərlik nömrəyə malikdir. Sanatoriya-kurort mərkəzinə putyovkanın (yollayışın) qiyməti:

"Günəşli” nevroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə (yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla) adambaşına düşən təqribi ödənişlər:
Qrafik №Otaqların kateqoriyalarıQiymət
1 nəfərlik yerləşmə2 nəfərlik yerləşmə
(hər nəfərə)
 Korpus № 1  
82 yerli lyuks VİP1659,081116,28
91 yerli lyuks (dabl)1294,46   -
 2 nəfərin yerləşdirilməsi  -1039,58
72 yerli lyuks1454,941026,60
52 yerli yataq otaqları1163,48881,46
62 yerli lyuks1454,941026,60

Korpus № 2

41 yerli yataq otaqları945,18-
32 yerli yataq otaqları1131,62866,12
4a1 yerli lyuks1148,14-
VIP
- İkiotaqlı lüks kateqoriyalı nömrə
- Birnəfərlik lüks kateqoriyalı nömrə
- Birnəfərlik nömrə (korpus №2)

Sanatoriyaya putyovkaları (yollayışları) əldə etmək üçün "Kurort” qapalı səhmdar cəmiyyətinin putyovkaların (yollayışların) satışı şöbəsinə (əlaqə nömrəsi: (+99412)4964613) və yaxud "Günəşli” nevroloji sanatoriyasına (əlaqə nömrələri: (+99412) 4543430, (+99412) 4543378) müraciət edə bilərsiniz.

"Kurort” səhmdar cəmiyyətində siz putyovkaları (yollayışları) həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesablaşma hesabına müvafiq vəsaiti köçürməklə əldə edə bilərsiniz.

İmtiyazlı şəxslər putyovkaları (yollayışları) əldə etmək üçün növbəti orqanlara müraciət etməlidir:
- İş yeri üzrə həmkarlar ittifaqı komitəsinə
- Yaşayış yeri üzrə rayon/şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə
























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO