sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Əbülfət Əhmədovdan Ramazan Bayramı Təbriki – Xeyir-Bərəkət, Birlik və Firavanlıq Arzusu

30-03-2025, 10:18 45 dəfə baxılıb

Azərbaycanda Ramazan bayramıdır

Ramazan Bayramı insanları mərhəmətə, yardımlaşmaya və mənəvi saflığa çağıran müqəddəs bir gündür. Bu mübarək bayram münasibətilə Təbriz Şadlıq Sarayının rəhbəri, tanınmış iş adamı Əbülfət Əhmədov xalqımızı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə sevinc, bərəkət və firavanlıq arzulayır.

Əbülfət Əhmədov öz gənc vətənpərvər iş adamı kimi fəaliyyət göstərməklə yanaşı, daim milli-mənəvi dəyərlərimizi yaşadan, xeyriyyəçilik təşəbbüslərinə dəstək verən, şəhid ailələri və qazilər üçün təşkil olunan tədbirlərin fəal iştirakçısı olan bir insandır. Onun rəhbərlik etdiyi Təbriz Şadlıq Sarayı uzun illərdir ki, öz keyfiyyəti və yüksək xidməti ilə seçilir, insanlara unudulmaz anlar yaşadır.

Bu müqəddəs bayram münasibətilə Əbülfət Əhmədov bildirir:

"Ramazan Bayramı insanları mərhəmətə, sevgi və birlik içində yaşamağa çağırır. Allah bütün edilən duaları qəbul etsin, hər kəsə sağlamlıq, bol ruzi-bərəkət və firavan həyat nəsib etsin. Xalqımız daim birlikdə və güclü olsun, dövlətimiz daha da inkişaf etsin! Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da möhkəmlənəcək və xalqımız rifah içində yaşayacaq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlam və xoşbəxt ömür diləyirəm."

Bu gözəl gündə hər kəsin evində bayram süfrəsi bərəkətli olsun, qəlbləri sevinc və xoşbəxtliklə dolsun!

Ramazan Bayramınız Mübarək!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO