sonnoqte.az
Xəbər başlıqları
  • 10:49 – Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı 
  • 18:43 – İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB 
  • 12:05 – Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib 
  • 10:15 – İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar 

Şərəfli vəzifəyə yiyələnən Sevinc xanım Rəhimova bu işin müqəddəsliyini qoruyub saxlayır

26-10-2022, 06:30 448 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Qızlar Universitetinin rektoru Sevinc xanım Rəhimovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Qızlar Universitetinin rektoru Sevinc xanım Rəhimovadır.

Bakı Qızlar Universitetinin rektoru Sevinc xanım Rəhimova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Sevinc xanım Rəhimova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Qızlar Universitetinin rektoru Sevinc xanım Rəhimovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bakı Qızlar Universitetinin rektoru Sevinc xanım Rəhimova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Sevinc xanım Rəhimova bu işin müqəddəsliyini qoruyub saxlayır. Sevinc xanım Rəhimova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sevinc xanım Rəhimova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Sevinc xanım Rəhimova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Sevinc xanım Rəhimova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Sevinc xanım Rəhimovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Sevinc xanım Rəhimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Sevinc xanım Rəhimova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Qızlar Universitetinin rektoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Sevinc xanım Rəhimova özünü doğruldub. Bizdə hörmətli Sevinc xanım Rəhimovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Bakı Qızlar Universitetinin rektoru Sevinc xanım Rəhimova - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri arxada qalsa da bu səfərin özündə ehtiva etdiyi çağırışlar bu gün də geniş müzakirə olunmaqdadır. Səfər öncə təsdiqləndi ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, iki dost ölkə hər zaman bir yerdədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  Zəngilan Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma | Şərq qapısı

44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqları bu birliyin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsinin gedişi dövründə hər gün səsləndirdiyi “Azərbaycan tək deyil” çağırışını bu gün də təkrar-təkrar yada salmaqdan böyük qürur hissi keçiririk. 44 günlük Vətən müharibəsinin hər gününün Qələbə sevincini Azərbaycanla birgə yaşayan, bu xəbərləri böyük coşqu ilə qeyd edən qardaş Türkiyənin postmünaqişə dövrünün reallıqlarının təsdiqində və təqdimatında da Azərbaycanın yanında olması qürurvericidir.  Bu gün ölkəmizin həyatında yaşanan yeni mərhələdə- işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və qurulucuq işlərinin yüksək səviyyədə həyata keçirilməsində Türkiyə şirkətlərinin fəal iştirakı dünyaya ciddi mesajdır. Dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında diqqəti bir daha 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin mənəvi və siyasi dəstəyinə yönəldərək bildirdi ki, bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı.
Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi kimi dəyərləndirilən Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağımıza ilk səfər edən dövlət başçısıdır. Onun ötən il Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsinin imzalanması bu dostluğun, qardaşlığın sarsılmazlığının nümayişi oldu. Dövlət başçısı İlham Əliyev Şuşa görüşünü hər iki xalqın həyatında əlamətdar gün, tarixi hadisə adlandırdı və bildirdi ki, Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir.
Tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycan-Türkiyə birliyinə işıq salan hadisələrə bir daha diqqəti yönəldən dövlət başçısı İlham Əliyev Cəbrayıldan bu bəyanatı səsləndirdi ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.
Postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etməliyik. Azərbaycan dünyaya təqdim etdiyi dirçıliş modeli ilə nəyə qadir olduğunu nümayiş etdirdi. İki ildə görülən işlərin miqyası o qədər böyükdür ki, onların yalnız qısa xronologiyasını təqdim edə bilərik. Dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında yalnız iki dost ölkənin iştirakı ilə həyata keçirilən bərpa işlərindən və Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlərdən bəhs etdi.  Ötən il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümündə isə Zəngilan Beynəlxaq Hava Limanının açılışının qardaş ölkənin Prezidenti ilə həyata keçirməsinin doğurduğu hissləri cənab İlham Əliyev belə ifadə etdi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, “Xoş gəlmisiniz!” demək mənim üçün böyük şərəfdir. Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik.”
Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri hər bir Azərbaycan vətəndaşında böyük sevinc hissi yaradır.  Ötən il Şuşaya, bu il Zəngilan və Cəbrayıla səfərləri, hər bir səfərin tarixi hadisəyə çevrilməsi Azərbaycan-Türkiyə birliyinə, əlaqələrin inkişafına yeni əlavələr edir. Bugümüzün əsas qürurverici məqamlarından biri budur ki, səfərlər zamanı imzalanan sənədlərin, mətbuata bəyanatların məkanı məhz işğaldan azad edilmiş torpaqlarımızdır. Bu addımların hər biri tarixi Zəfərimizin reallıqlarının dünyaya təqdimatında və qəbulunda Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin göstəricisidir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə uğurla inkişaf edir, bütün sahələrdə əlaqələrin yeni prioritetlər üzrə möhkəmləndirilməsi üçün yeni imkanlar yaranır.       






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO