sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb

19-12-2022, 12:33 140 dəfə baxılıb



Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq bu il də şəhərin Mübariz İbrahimov, Həzi Aslanov, Səməd Vurğun, 28 may, Süleyman Rəhimov, Bakı, Azadlıq, Baloğlan Abbasov, Fikrət Əmirov,Babək, Şəhid Şəhriyar Mirişli, Məmməd Araz, Qara Qarayev küçələrində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirir.
 Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən   küçələrində artıq asfaltın örtük hissəsinin təmizlənməsi, deformasiya və dağılmalar olan hissələrin isə yenilənərək kipləşdirilməsi işləri aparılır.











Bəzi küçələrdə asfaltlaşdırma işlərinə də başlanılmışdır. Bu küçələrdə ümumilikdə 6.7 km uzunluğunda  yeni asfalt örtüyü qoyulacaqdır.Görülən işlər çərçivəsində şəhərin Təyyarə Meydanı adlanan ərazisindəki Babək və C.Cabbarlı kücələrini birləşdirən yol əsaslı tikilərək birləşdiriləcək və bunun nəticəsində şəhərin mərkəzinə daxil olmadan  “Bolqarcay” üzərindən keçən  alternativ yoldan istifadə tam asanlaşacaqdır.
Bildiririk ki,ötən il Biləsuvar şəhərində ümumi uzunluğu 3.3 km olan 8 küçədə asfalt-beton örtüyü döşənmiş və əlavə olaraq 53 küçədə ümumi uzunluğu 21.5 kilometr yol qum-çınqıl qarışığı ilə üzlənmişdir.
Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur. Bunun üçün yaradılmış komisiya tərəfindən təmir və tikintisi daha vacib olan yollar müəyyənləşdirilir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər olunub.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar rayon yol istismar idarəsinin rəisi Əlrahim müəllimdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Biləsuvar rayon yol istismar idarəsinin rəisi Əlrahim müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. 

Əlrahim müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Prezident İlham Əliyevdən nümunə götürən Əlrahim müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əlrahim müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əlrahim müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Biləsuvar rayon yol istismar idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Əlrahim müəllim özünü doğruldub. Bizdə hörmətli Əlrahim müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO