sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Əkbər Abbasov: Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən parlaq Qələbəsindən sonra regionda yeni geosiyasi reallıq yaranıb

3-11-2022, 06:30 185 dəfə baxılıb

3.jpg

8 Noyabr – Zəfər Günü ilə əlaqədar rayon məktəbliləri arasında şahmat turnirinə start verilib

1.jpeg

Lerik Rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar rayon məktəbliləri arasında şahmat turnirinə start verilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov turnirin gedişatını izləyib və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, turnirdə 8-10, 11-14 və 15-16 yaş qrupları üzrə 70 nəfər rayon məktəblisi iştirak edir və turnir 04 noyabr 2022-ci il tarixinə kimi davam edəcəkdir.

2.jpeg3.jpeg

Lerik Rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2022-ci il tarixli vətəndaş qəbulu


1.JPG

İcra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən vətəndaşların qəbulu keçirilib.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 67 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
2.JPG

İbrahimov Əjdər Ağaverdi oğluna və Həsənov Rufulla Fayaz oğluna fəxri fərmanların təqdim edilməsi mərasimi keçirildi


3.jpeg

Dövlət qulluğunda uzunmüddətli səmərəli və qüsursuz əmək fəaliyyətinə görə və anadan olmasının 65 illik yubileyi münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssis – sürücüsü İbrahimov Əjdər Ağaverdi oğluna və 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü və anadan olmasının 70 illiyi münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş Rvarud kənd baytarlıq məntəqəsinin müdiri Həsənov Rufulla Fayaz oğluna fəxri fərmanların təqdim edilməsi mərasimi keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov fəxri fərmanları Əjdər İbrahimova və Rufulla Həsənova təqdim edərək, yubileyləri münasibətilə təbriklərini çatdırdı. Əjdər İbrahimovun və Rufulla Həsənovun uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərini, onların keçdikləri həyat yolunun gənclərə nümunə olduğunu bildirdi və onlara xoş arzularını çatdırdı.
2.jpeg

1.jpeg

Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli Səfərov Elvin Ramiz oğlunun xatirəsi yad edilib


1.jpg

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, “Qarabağ” ordenli Səfərov Elvin Ramiz oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Şəhidin anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə Soru kənd qəbiristanlığında Elvin Səfərovun və digər şəhidlərin məzarları ziyarət olunub, qəbirüstü abidələri önünə gül dəstələri düzüüb.
Sonra rayon icra hakimiyyəti başçısı Soru kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb.
Qeyd edək ki, şəhid Elvin Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Fizulinin  azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

2.jpg3.jpg4.jpg5.jpg

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov - Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən parlaq Qələbəsindən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Bu gün Prezident İlham Əliyev təkcə ölkəsinin torpaqlarını işğaldan azad edən Müzəffər Ali Baş Komandan deyil, eyni zamanda, regionda sülhün və təhlükəsizliyin qorunması üçün ardıcıl siyasət yürüdən siyasi liderdir. Dövlətimizin başçısı beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli mövqe dövlətimizin regionda real güc sahibi olduğunu təsdiq edir. Postmüharibə dövründə Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində yeni format yaranıb. Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirərək vurğulayıb: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.” Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Soçi görüşü əslində Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Bu görüşdə də Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqədar təklif etdiyi 5 əsas prinsipi xatırlatdı. Bu təkliflər beynəlxalq hüququn fundamental prinsipləri əsasında irəli sürülüb. Azərbaycan Prezidenti iki dövlət arasında münasibətlərin normallaşmasının yalnız bu prinsiplər əsasında mümkünlüyünü vurğuladı. Regionda sülhün əldə edilməsinə dair vahid yanaşma bir daha təsdiq edildi, bir daha bəyan edildi ki, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Görüş zamanı bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılıq əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə növbəti dəfə qətiyyət nümayiş etdirərək, münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını daim qoruyacağını bir daha təsdiq etdi. Bu görüşdə də Azərbaycan bütün platformalarda olduğu kimi öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxladı. Təqdim olunan Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də  Qarabağ sözünə  istinad yoxdur. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, münaqişə artıq iki il əvvəl bitib. Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməlidir. Şərtləri diktə edən tərəf qalib ölkə olan Azərbaycandır. Soçi görüşünün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Bu baxımdan Soçidə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyət kəsb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO