sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Əkbər Abbasovun başçı təyinatı zamanın tələbidir

28-07-2022, 10:46 276 dəfə baxılıb

3.jpeg

Artıq bir neçə ildir ki, müasirləşməni əsas strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti, bu gün də öz siyasətini dəyişən zamanın tələblərinə uyğun həyata keçirməkdədir. Faktdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları keçirilən iqtisadi müşavirələrdə dəfələrlə vurğulayıb ki, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək  vəzifələrə təyin olunmaları  zamanın tələbidir. Bəli, hal-hazırda ölkəmizdə müasir dünyagörüşə malik olan, müasir iqtisadiyyatı bilən, savadlı olan, peşəkarlıq nümayiş etdirən, qəlbində Vətən sevgisi gəzdirən, Azərbaycan dəyərlərini hər şeydən üstün tutan, öz tarixini, ədəbiyyatını, ana dilini kifayət qədər bilən və digər müsbət göstəriciləri özündə cəmləşdirən gənc kadrlar daha yüksək vəzifələrə təyin olunurlar. Unutmaq olmaz ki, Azərbaycan böyük iqtisadi potensiala malik olan bir ölkədir və biz buna arxayın olmaqla, məhz respublikamızın gələcək inkişafını heç cür təmin edə bilmərik. Ona görə də, inkişafın ardıcıllığının təmin olunması həm idarəetmə mexanizminin optimal qurulmasından, həm də kadrların düzgün seçilib təyin olunmalarından olduqca asılıdır. Yəni, hər kəs şahiddir ki, bu gün ölkəmizdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və idarəetməyə daha çox gənc kadrlar cəlb olunurlar. Burada başlıca məqsəd, dövlət orqanlarında, icra strukturlarında çevikliyi artırmaq, bir sözlə həyata keçirilən islahatları daha da dərinləşdirməkdir. Bugünkü mərhələdə kadr siyasətində Prezident İlham Əliyevin gənclərə daha çox üstünlük verməsi, onlara daha çox güvənməsi heç də təsadüfi deyil. Son 19 il ərzində respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilir. Yəni, gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, onların ölkəmizin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyi işlərinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaq imkanlarının artması və s. indiyə kimi ardıcıllıqla həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda gənclər siyasəti ilə bağlı imzaladığı Fərman və sərəncamlar da, məhz ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verməkdədir.  

        Qeyd edək ki, 09 aprel 2002-ci il tarixdə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur və bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin həm məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir, həm də bu sahədə yaranan münasibətləri tənzimləyir. Bəli, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən əsas fundamental faktorlardan biri də, gənclərin potensialından səmərəli istifadə etməkdir. Çünki, gənclər siyasəti ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasətində qarşıya qoyulan əsas vəzifələrdən biri də, yeni nəslin nümayəndələrinə etimad göstərilməsidir, onların daha məsul vəzifələrə, idarəetmə işlərinə irəli çəkilmələridir, qabiliyyət və bacarıqlarından səmərəli şəkildə istifadə etməkdir. Belə gənc kadrlardan biri də, 1988-ci il təvəllüdlü Əkbər Bəxtiyar oğlu Abbasovdur ki, bu şəxsin Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında 25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Əkbər Abbasovun həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə məlum olur ki, bu şəxs Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsilinə sahib olub. Əkbər Abbasov son təyinatına qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışıb. Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, bu şəxs Yüksəliş müsabiqəsinin finalçılarından biri olur və onun adına 2004-2005-ci illərə aid  Prezident təqaüdçülərinin sırasında da rast gəlinir.  

    Ümumi şəkildə götürdükdə Əkbər Abbasovun Lerik RİH-nə başçısı təyinatını olduqca uğurlu addım hesab etmək olar. Çünki, tam əksəriyyət o haqda məlumata malikdir ki, bu şəxs özündə lazımi potensialı cəmləşdirdiyindən Prezident İlham Əliyev ona etimad göstərir və onu belə bir məsul vəzifəyə təyin edir. Əldə etdiyimiz şifahi məlumatlara görə, vəzifəsinin icraasına başlayan Əkbər Abbasovun ilk görüşü şəhid ailəsinin üzvləri ilə olur. Həmin görüşdə onlar rayonun yeni rəhbərliyinə ilk xeyir-dualarını verirlər. Yəni, bu görüşün mənəvi tərəfi o olur ki, RİH-nin başçısı vəzifəsini daşıyan bu şəxs ilk gündən şəhid ailəsinin üzvləri ilə görüş keçirir, onların yanında olduğunu, gələcəkdə yanlarında olacağını bildirir. İnanırıq ki, Əkbər Abbasov ölkə rəhbərinin ona göstərdiyi etimadın və inamın əhəmiyyətini olduqca dəyərləndirəcək və gələcək fəaliyyətində bunu dolğun şəkildə sübuta da yetirəcək.


Oktay Talıboğlu

4.jpeg5.jpeg6.jpeg7.jpeg9.jpeg






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO