Elxan Nəcəfov: Müdriklikdən müqəddəslik zirvəsinə ucalan Ümumilli lider
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov kollektivə təqdim olunub
Mayın 4-də Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin akt zalında Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir təyin olunan Elxan Nəcəfov Regional Təhsil İdarəsinin kollektivinə təqdim olunub.
Təqdimat mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Təhsil Nazirliyinin nümayəndəsi Avaz Yusifov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təqdimatda Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Elxan Nəcəfovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Regional Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. Həmçinin, dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan, təhsil sahəsində görulən işlər barədə və məktəbəqədər təhsilin təşkili barədə danışıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında yeni təyin olunan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirini Elxan Nəcəfovu təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsil naziri cənab Emin Əmrullayeva təşəkkürünü bildirib.
Elxan Nəcəfov çıxışında kollektiv və pedaqoji heyyət adından öhdəliyimizə düşən vəzifələri və öhdəlikləri uğurla icrasına əminliyini bildirib.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran şəhər, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayon təhsil şöbələrinin əsasında yaradılıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov - Müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır.
Heydər Əliyevin titanik əməyi, möhkəm siyasi iradəsi, qətiyyəti və dövlətçilik təcrübəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş və ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Azərbaycanın hərtərəfli inkişafı gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, parlaq zəkaya, ali mənəvi keyfiyyətə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial – iqtisadi strategiyasının nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Yeni Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, cəmiyyətin və dövlətin bütün sferalarında dövlət sturukturlarının təkmilləşdirilməsi və yenidən qurulması, təcrübəli kadrların seçilib yerləşdirilməsi, ordu quruculuğu, təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə milli iqtisadiyatın formalaşmasında və xarici siyasətdə Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bu siyasi xətt –fəaliyyət pirinsipi 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanda iqtisadi inkişafın əsasları yaradılmış və xalqın rifah halının yüksəldilməsi üçün bir sıra sahələrin yaradılmasının əsası qoyulmuşdur. 1969-1983-cü illərdə paytaxt Bakı və regionlar sürətli şəkildə dəyişmiş, yeni saneyə və kənd təsərrüfatı müəssələri, sosial obyektlər tikilib istifadəyə verilmişdir.