sonnoqte.az
Xəbər başlıqları
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 
  • 09:00 – Entoni Blinken Prezident İlham Əliyevə zəng edib 
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 08:25 – Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO 

Lerik Rayonu dirçəlmə YOLUNDA

12-08-2022, 14:20 239 dəfə baxılıb

1.JPG

Rayon icra hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar görüş-qəbul Hamarat kəndində keçirildi


1.JPG


11 avqust 2022-ci il tarixində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstər, Hamarat, Bradi və Dızdipok kəndlərinin sakinləri ilə səyyar-görüş keçirdi.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Lerik rayon İcra Hakimiyyəti başçısının Dəstər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək Dəstər kənd inzibati ərazi dairəsinin kəndləri və ərazidə görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verdilər.
Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir.
Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışdı.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Piran, Hovil və Vov kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cabbarov Vidadi Cəbrayıl oğlunun, İbrahimov İmaməli Elman oğlunun və Hüseynov Samir Əlizadə oğlunun xatirəsinə inşa edilmiş bulaq komplekslərini ziyarət etdi və gül dəstələri düzdü.

2.JPG3.JPG4.JPG5.JPG6.JPG7.JPG8.JPG9.JPG

Vətəndaşlar qəbul edildi


1.jpg

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 153 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, ev tikintisi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

2.jpg3.jpg

Rayon icra hakimiyyətinin başçısı tərəfindən Bürsülüm kəndində növbəti səyyar görüş-qəbul keçirildi


1.JPG

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin avqust ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 04 avqust 2022-ci il tarixində Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bürsülüm, Ləkər, Vov, Vənədi, Nosovyədi, Zeynəko, Bobla və Ancəqov kəndlərinin sakinləri ilə səyyar-görüş keçirdi.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Lerik rayon İcra Hakimiyyəti başçısının Bürsülüm  kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək Bürsülüm kənd inzibati ərazi dairəsinin kəndləri və ərazidə görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verdilər.
Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Rayon rəhbəri Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri barədə də görüş istirakçılarını məlumatlandırdı. 
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Bürsülüm kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şiriyev Rəşad Rasim oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət etdi, şəhidin babası ilə səmimi söhbət edərək, problemləri ilə maraqlandı.

1-1.JPG1-2.JPG2.JPG3.JPG4.JPG5.JPG6.JPG


Rayon icra hakimiyyətində vətəndaşlar qəbul edildi


1.JPG

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 152 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

3.JPG2.JPG






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO