sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Eldəniz Şükürov: Prezident İlham Əliyev Azərbaycan xalqına Zəfər sevincini yaşatdı

6-04-2022, 11:46 240 dəfə baxılıb



Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Eldəniz Şükürov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Eldəniz Şükürov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Eldəniz Şükürova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Eldəniz Şükürovdur.

Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Eldəniz Şükürov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Eldəniz Şükürov bu işin müqəddəsliyini qoruyub saxlayır. Eldəniz Şükürov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Eldəniz Şükürovdan danışdılar yaxşı ki, Eldəniz Şükürov Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiridir… Eldəniz Şükürov öz isguzarlığı ilə tanınır və seçilir….

Eldəniz Şükürov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Eldəniz Şükürov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Eldəniz Şükürov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Eldəniz Şükürovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Eldəniz Şükürov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Eldəniz Şükürov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Eldəniz Şükürov özünü doğruldub. Bizdə hörmətli Eldəniz Şükürovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Eldəniz Şükürov 11 aprel  2018-ci il prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanın imza atdığı uğurlardan geniş bəhs edərək bildirib ki, onların əsasında möhkəm təmələ əsaslanan siyasət, ölkənin və xalqın işıqlı gələcəyinə xidmət edən təkmil islahatlar dayanır: “Dövlət başçısı İlham Əliyev 11 aprel 2018-ci il prezident seçkilərindən sonra keçirilən andiçmə  mərasimində qarşıdakı dövrün hədəflərini açıqladı və bildirdi ki, biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Bütün Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. Hər kəsin amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

Son prezident seçkilərdən ötən 4 ildə Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, verilən hər vədin konkret əməli işdə təsdiqinin şahidi olarıq: “İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi bütün sahələrdə uğurlu addımlara yol açır. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun əsas seqmentlərindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektorunun inkişafı yönümündə mühüm addımların atılmasını şərtləndirir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi enerji sektorundan asılılığın minimuma endirilməsini təmin edir. Bunun nətəcəsidir ki, Azərbaycan üzləşdiyi iqtisadi çətinliklərdən uğurla çıxır. 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin genişləndirildiyi vaxtlarda Azərbaycanın iqtisadi islahatların dərinləşdirilməsi, sosial layihələri təxirə salmadan uğurla icra etməsi  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmizin liderliyini qorumasını şərtləndirdi.”

Ümumilikdə cənab İlham Əliyevin Prezidentliyinin 2020-ci ilə qədərki dövrü torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, ondan sonrakı illər isə bu ərazilərdə bərpa və quruculuq işlərinin aparılması mərhələsi kimi dəyərləndirilir: “Azərbaycanın iqtisadi inkişafı digər sahələr kimi ordu quruculuğunda da mühüm addımlara yol açdı. Hər zaman sülh siyasətinə üstünlük verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərb yolunun da istisna edilmədiyini bəyan edərkən ordumuzun gücünə, qüdrətinə, xalqımızın birliyinə, həmrəyliyinə, Vətən, torpaq sevgisinə arxalanırdı. 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqi oldu. Cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, Azərbaycan xalqı yenilməz, məğrur xalq, ordumuz dünyanın ən güclü, qüdrətli ordusu kimi yazdı. Dövlət başçısının son iki ilə yaxın dövrdə qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş torpaqlarımıza səfərləri hər birimizi qürurlandırır. Bu gün Azərbaycan beynəlxalq tədbirlərdə qalib ölkə kimi təmsil olunur. Ölkəmiz diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarını qəbul etdirir. Azərbaycanı belə görməkdən xoşbəxt nə ola bilər? Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdisə, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev torpaqlarımızı sahibinə qaytardı, ərazi bütövlüyümüzü bərpa etdi.”

Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəsinə davamlı uğurlar qazandıracaq, xalqı öz ətrafında sıx birləşdirəcək: “Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı bunun bariz nümunəsidir. Artıq tarixi Zəfərimizin bərpa və quruculuq məhələsini yaşayırıq. Bu torpaqlara əbədi qayıtmışıq. Bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir hədəfə nail olacaq, möhtəşəm uğurlara imza atacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar yaranır.  Bugünümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini ən yüksək səviyyədə başa çatdırmaq, soydaşlarımızın Böyük Qayıdışını gerçəkləşirməkdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tezliklə bu istəyinə də nail olacaq.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO