sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Milli Kitabxanada silsilə tədbirlər davam edir - ÖZƏL

2-04-2021, 13:46 374 dəfə baxılıb


Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi Azərbaycan Milli Kitabxanasında olub


Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi  və onun ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber Azərbaycan Milli Kitabxanasında olub. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan, beynəlxalq kitab və informasiya mübadiləsindən danışıb. Sonra o, qonaqlara Milli Kitabxana barədə məlumat verərək pandemiya şəraitində oxuculara göstərilən onlayn xidmətlər barədə danışıb. Həmçinin, o, bildirib ki, pandemiya dövründə Milli Kitabxananın virtual oxucularının sayı artaraq 2 milyondan artıq olmuşdur.
Kərim Tahirov Milli Kitabxananın “Beynəlxalq Əməkdaşlıq zalı” barədə qonaqlara məlumat verərək həmin zalda 13 ölkəyə dair ədəbiyyat kolleksiyalarından ibarət daimi guşələrin təşkil olunduğunu bildirib və həmin guşədə gələcəkdə macar ədəbiyyatına dair daimi guşənin olmasını arzu etdiyini bildirərək Azərbaycana dair belə bir guşənin Macarıstan Milli Kitabxanasında da təşkil olunmasını vacib hesab etmişdir.
Sonra Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi çıxış edərək Azərbaycan Milli Kitabxanasında olmasından şad olduğunu bildirdi. O, iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, gələcək əməkdaşlıq barədə danışdı. Səfir Macarıstan Milli Kitabxanasında Azərbaycana dair ədəbiyyatın əhatə olunduğu elektron kataloqun yaradılması və eləcə də Azərbaycan Milli Kitabxanasında macar ədəbiyyatının əhatə olunduğu elektron kataloqun yaradılması fikrini irəli sürdü.
Görüşün davamında Macarıstanın ölkəmizdəki səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber danışaraq Milli Kitabxananın fondunda kiril qrafikasında olan macar ədəbiyyatının latın qrafikasına keçirmək istəyini vurğuladı. Bu təklifi alqışlayan kitabxananın direktoru Kərim Tahirov həmin ədəbiyyatların siyahısını tərtib edib onlara təqdim edəcəyini bildirərək, Macarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycanla bağlı ədəbiyyatın da siyahısının tərtib olunmasında köməklik göstərməsini cənab səfirdən xahiş etmişdir.
Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair 2012-ci ildə imzalanmış və gələn il müddəti başa çatan Memorandumun yeni layihəsinə dair təkliflərin hazırlanaraq təqdim olunması barədə də razılığa gəlinmiş və burada Azərbaycan klassik şairlərinin əlyazmalarının digital nüsxələrinin hazırlanması məsələsinə xüsusi fikir verilməsi qərara alınmışdır.
Daha sonra cənab səfir Viktor Sederkenyi “Mikloş Radnoti. Bir dəli yağış” adlı kitabı Milli Kitabxananın fonduna hədiyyə etdi. Kərim Tahirov isə “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını və “Azərbaycan filmləri” CD-i qonaqlara hədiyyə etdi. Sonda xatirə fotosu çəkildi.

Milli Kitabxanada “Aprel döyüşləri” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub





Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Döyüşlər zamanı Azərbaycanın qəhrəman oğulları öz qanları və canları ilə tarix yazdılar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.
Aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərdi. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər  qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi.
         Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO