sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Şəhriyar Şəmşirli: Daxili işlər orqanlarının uğurlu fəaliyyəti danılmazdır

28-07-2022, 11:46 228 dəfə baxılıb

Şəhriyar Şəmşirli: Daxili işlər orqanlarının uğurlu fəaliyyəti danılmazdır


Şəhriyar Şəmşirli dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirlidir.

Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şəhriyar Şəmşirli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli - Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf edib.
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi. İki ildən artıq müddətdə dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, xüsusi karantin rejimində yaşadığımızı, bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə kömək edib. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Daxili Qoşunlar 25 ildir ki, Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir V.Eyvazov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul zamanı tövsiyə və tapşırıqlarını verdi. Prezident xüsusi olaraq vurğuladı: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar”.

Ölkə başçısının rayonlara və digər strukturlara təyin etdiyi hər bir rəhbər şəxs insanların qayğısına qalmalı, var qüvvəsi ilə çalışmalıdır. Bunun üçün kifayət qədər resurslar var, sadəcə olaraq insani keyfiyyətlər bu məsələdə xüsusi önəmə malikdir. Vətəndaş dərdini deyə bilməyəndə, üzləşdiyi problemdən çıxış yolu üçün məsləhət ala bilməyəndə bunun fəsadları daha böyük olur. Vətəndaşların problemlərinin çözülməsinə nail olmaq mümkündür. Sosial ədalət varsa vətəndaş narazı qalmayacaq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan xalqı ölkə rəhbərliyinin xarici, daxili siyasətini dəstəkləyir.

Prezident İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələrinin daim diqqət mərkəzində saxlandığını, müharibə əlillərinə xüsusi diqqət ayrıldığını, onların məişət problemlərinin dövlət tərəfindən həll edildiyini, bu işdə yerli məmurların qüsursuz fəaliyyət göstərməli olduqlarını bildirib. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Bu proses davam etdirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı, məşğulluğu ilə maraqlansınlar. Bunlar hər bir məmurun ümdə borcu olmalıdır.

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və regional inkişaf proqramlarının icrasına başlanıldı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının icrasına start verildi. Ötən 18 ildə regionların inkişaf səviyyəsinə diqqət yetirsək böyük dəyişikliyin, ən əsası şəhərlə kənd arasında fərqin tamamilə aradan götürüldüyünün şahidi olarıq. Belə ki, Dövlət proqramlarının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər insanları narahat edən problemlərin həlli istiqamətində mühüm addımlar atılır və nəticələr göz önündədir.

İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən geniş bəhs edərək hədəfləri açıqladı, məmurlara xəbərdarlıqlar edildi. Əsas hədəf şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun artırılmasıdır. Görüşdə bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini, bəzilərinin hökmünün verildiyini, bəzilərinin isə işlərinin məhkəmədə olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, heç kim qanundan üstün ola bilməz. Qarşıya qoyulan əsas hədəflərdən biri icra başçılarının daim insanlarla təmasda olmasıdır. Cənab İlham Əliyev keçirilən müşavirələrdə bu çağırışı səsləndirir ki, məmurlar ictimaiyyət arasında olmalı, onların qayğıları ilə maraqlanmalı, onları narahat edən problemləri onların dilindən eşitməli və həlli istiqamətində addımlar atmalıdırlar. Dövlət başçısının bölgələrə səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşləri, onlarla səmimi söhbət etməsi, qayğıları ilə yaxından tanış olması məmurlara nümunədir. Ölkə Prezidentinin rayonlara ardıcıl səfərlərinin Regional dövlət proqramlarının icrasında rolu, əhəmiyyəti böyükdür. Belə ki, dövlət başçısı həm görülən işlərlə yaxından tanış olmaq, həm də ictimaiyyəti düşündürən, narahat edən məsələləri onlardan eşitmək istəyir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Dövlət proqramları hazırlanarkən bölgələrdən gələn təkliflər əsas götürülür.

Hər zaman özünə diqqət və qayğının şahidi olan ölkə əhalisi Prezidentin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, onun ətrafında sıx birləşir. Qeyd edilən görüşdə cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Həyata keçirilən siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib, ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Məhz bu siyasət nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu, torpaqlarımız azad edildi, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın” söyləyən dövlət başçısı bildirdi ki, bunun üçün bütün imkanlar mövcuddur.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin hər biri ölkəmizin gələcəyinə hesablanıb. Azərbaycanın iqtisadi, sosial sahələrdə qazandığı uğurların əsas şərti olan siyasi sabitlik şəraitində həyata keçirilən islahatların daha geniş miqyasda tətbiqi günün tələbi kimi qarşıya qoyulur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin, bərpa-quruculuq işlərinin hər biri Böyük Qayıdışın sürətləndirilməsinə xidmət edir. Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar hadisələrə daha mükəmməl yanaşma tələb edir. Qarşıdakı 10 il üçün nəzərdə tutulan quruculuq - abadlıq işlərinin dəqiq ünvanı, məqsəd və məramı bəllidir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO