sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Atakişi Babayev: Azərbaycan-Türkiyə münasibətləri xalqlarımız və ölkələrimiz arasında mövcud olan sarsılmaz tarixi dostluğa əsaslanır

19-05-2022, 10:32 348 dəfə baxılıb

İlham Əliyev Rizede - FOTOLAR


Füzuli suvarma sistemləri idarəsinin baş mühəndisi Atakişi Babayev - Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər nəticəsində yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr özünü daha qabarıq şəkildə büruzə verməkdədir. O cümlədən may ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfər etməsi və dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində birgə iştirak etmələri ölkələrimiz arasında münasibətlərin sürətli inkişafının daha bir göstəricisidir. Qeyd etmək lazımdır ki, iki qardaş ölkənin əldə etdiyi uğur və nailiyyətlər təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının inkişafına, güclənməsinə xidmət edir. Bu baxımdan yeni hava limanına göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələrin ilk dəfə eniş etmələri də böyük siyasi məna kəsb edir. Bu fakt Azərbaycan və Türkiyə arasında mövcud olan və getdikcə möhkəmlənən sarsılmaz birliyin, ölkələrimizin birgə getdikləri yüksəliş və inkişaf yolunun bariz təcəssümüdür. Azərbaycan və Türkiyə Prezidentlərinin görüşündə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Həmçinin xüsusi olaraq vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr yüksək səviyyədədir.

Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Prezident İlham Əliyev Rizedə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, hava limanının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə torpaqlarını işğaldan azad etdi. Bununla da öz ərazi bütövlüyünü təmin edən ölkəmiz tarixi ədaləti bərpa etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. O cümlədən, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair bir müddət əvvəl qəbul olunmuş qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir.

Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində, eləcə də əməkdaşlıq əlaqələrinin daha yüksək mərhələyə keçidinin təmin olunmasında məhz Şuşa Bəyannaməsi xüsusi rol oynayıb. Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Strateji əhəmiyyət kəsb edən bu tarixi sənəd əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. Prezident İlham Əliyevin dediyi kimi, biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəddir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Şuşa Bəyannaməsi mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinin təmin olunmasına hesablanmış unikal tarixi sənəddir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir məqamdır. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslı olmaqla, xalqlarımız və ölkələrimiz arasında tarixən mövcud olan sarsılmaz qardaşlığa və dostluğa əsaslanır.


**********

Füzulidə yeni beton kanallar çəkilir


Füzuli rayonunda əkin sahələrininin suvarma suyu ilə təminatı, o cümlədən su itkisinin minimuma endirilməsi istiqamətində mütəmadi işlər davam edir. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən kanallar lildən təmizlənir, beton üzlüyə alınır və yeni nov kanallar çəkilir. Suvarma üçün  balansda olan 54 ədəd nasos stansiyadan, 745 km olan suvarma arx və kanallardan istifadə olunur. Bu il istismar tədbirləri planına uyğun olaraq 324 km kanalın lildən təmizlənməsi planlaşdırılıb, hal-hazıra kimi artıq 68 km hissəsi lildən təmizlənib. Bundan başqa 626 km uzunluğunda nasos stansiyaların qapalı şəbəkəsində cari təmirə ehtiyacı olan boru kəmərləri və üzərindəki hidro texniki qurğular təmir olunaraq işlək vəziyyətə gətirilib.​ Bu il ümumi uzunluğu 261 km olan kollektor-drenaj şəbəkəsindən 40 km hissəsinin də lildən təmizlənməsi nəzərdə tutulub ki, artıq şəbəkənin ​ 13 km-dən artıq hissəsi lildən təmizlənib.
 Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il əsaslı təmir işləri çərçivəsində torpaq məcralı kanallar beton kanallarla əvəzlənib. Bu kanallardan biri də Qurultay kanalıdır ki, həmin kanalın 1000 metri ötən il betonlanıb. Növbəti illərdə də həmin kanalın yerdə qalan hissəsi beton üzlüyə alınacaq. Bunun nəticəsində 600 hektar əkin sahələrinin su təminatı yaxşılaşacaq. ​ Bundan başqa idarənin balansında olan 1-aqreqatlı​ Haramı-16 nasos stansiyası da əsaslı təmir olunub. Nasos stansiya vasitəsi ilə 118 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. İdarənin balansında olan 181 ədəd subartezian quyularından suvarma mövsümünün təşkili məqsədi ilə indiyə kimi 3 ədədində cari təmir işləri aparılaraq saz vəziyyətə gətirilib.
Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsi rayon ərazisində 27200 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına​ xidmət edir. Bu sahələrdə hər il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir.








Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.
İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.
Prezident İlham Əliyev Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub.
Bildirildi ki, işğal dövründə on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olub. Mövcud su anbarlarının qəsdən məhv edilməsi isə Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.
İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Hazırda bərpası nəzərdə tutulan su anbarlarının istifadəyə verilməsi ilə bu məsələ həllini tapacaq.
İşğal dövründə Ermənistan məqsədli şəkildə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin strateji kursuna əsasən, bərpa prosesi zamanı sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanları təkmilləşdirilir. Bu, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO