sonnoqte.az
Xəbər başlıqları
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 

Pərviz Bəhramov: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda yol infrastrukturunun qurulması istiqamətində işlər yüksək templə aparılır”

30-07-2022, 10:48 282 dəfə baxılıb



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəbrayıl yol istismar idarəsinin rəisi Pərviz Bəhramovdur.

Cəbrayıl yol istismar idarəsinin rəisi Pərviz Bəhramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Pərviz Bəhramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cəbrayıl yol istismar idarəsinin rəisi Pərviz Bəhramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Cəbrayıl yol istismar idarəsinin rəisi Pərviz Bəhramov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Pərviz Bəhramov bu işin müqəddəsliyini qoruyub saxlayır. Pərviz Bəhramov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Pərviz Bəhramov öz isguzarlığı ilə tanınır və seçilir….

Pərviz Bəhramov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Pərviz Bəhramov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Pərviz Bəhramov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Pərviz Bəhramov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Pərviz Bəhramov özünü doğruldub. Bizdə hörmətli Pərviz müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Cəbrayıl yol istismar idarəsinin rəisi Pərviz Bəhramov - İşğaldan azad edilmiş ərazilərdə həqiqətən də möhtəşəm yol infrastrukturu quruculuğu həyata keçirilir. Belə ki, bu torpaqlarda heç zaman yolların olmadığı ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Ötən ilin avqust ayında Prezident İlham Əliyev bu tunelin təməlini qoyarkən demişdir: “Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar”. Həmçinin hazırda Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri də əlbəttə ki, Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra artıq Murov aşırımından keçməyə ehtiyac qalmayacaq.

Ümumiyyətlə hazırda ölkənin yol infrastrukturu surətlə şaxələnir. Heç bir şübhə yoxdur ki, ən qısa zamanda bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək. 30 il bundan əvvəl bu torpaqları göz yaşı ilə tərk etməyə məcbur olan soydaşlarımız indi fərh və sevinc hissilə öz dədə-baba yurdlarına dönəcəklər. Bu bölgələrdən çəkilən yollar isə digər şəhər və kəndlərimizin yollarına qovuşaraq bütöv Azərbaycanımızın daha sürətli inkişafına misilsiz töhfələr verəcəklər.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. 

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir.
Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir. 
Artıq yolboyu 14 km-lik hissədə asfalt-beton örtüyünün döşənməsi və suni qurğuların inşası yekunlaşmaq üzrədir. 25.7 km-lik hissədə isə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 
Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru üzrə 85%9 düzbucaqlı su keçidi üzrə 95%, tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid üzrə 93%, ehtiyat keçidləri üzrə isə 80% tikinti işləri icra olunub.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə davam etdirilir. Artıq 2,19 və 39-cu km-də inşa olunan körpülərin tikintisi sona çatmaq üzrədir.  Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları” nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO