sonnoqte.az
Xəbər başlıqları
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 

Lalə xanım Əmirova: Bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir

10-07-2022, 19:56 1 211 dəfə baxılıb

Lalə xanım Əmirova: Bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir


1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanseri, Həmkarların sədri, Təşkilat şöbənin müdiri Ali dərəcəli həkim-dermatoloq Lalə xanım Əmirova - İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında “Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Belə ki, qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.

Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı , paylaşmağı öyrədir.

Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu güclü respublika olaraq 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik. Allah bütün kəsilən qurbanları qəbul etsin. 

****

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanseri, Həmkarların sədri, Təşkilat şöbənin müdiri Ali dərəcəli həkim-dermatoloq Lalə xanım Əmirovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanseri, Həmkarların sədri, Təşkilat şöbənin müdiri Ali dərəcəli həkim-dermatoloq Lalə xanım Əmirovadır.

1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanseri, Həmkarların sədri, Təşkilat şöbənin müdiri Ali dərəcəli həkim-dermatoloq Lalə xanım Əmirova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Lalə xanım Əmirova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanseri, Həmkarların sədri, Təşkilat şöbənin müdiri Ali dərəcəli həkim-dermatoloq Lalə xanım Əmirovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO