sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Anar Talıbov: “Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin”

8-07-2022, 10:00 235 dəfə baxılıb

Anar Talıbov: BİZ DAHA ETİBARLIYIQ! ÇÜNKİ “QALA HƏYAT” GÜVƏN DEMƏKDİ̇R!

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Anar TalıbovBütün islam dünyası qarşıdan gələn müqəddəs qurban bayramını qarşılamağa hazırlaşır. Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər. Öncə onu vurğulamaq istəyirəm ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri hesab olunur və ölkədə yaşayan bütün dini azlıqlara, onların bayramlarına və adət-ənənələrinə hörmət olunur. Ölkəmizdə yaşayan istənilən dinə inanan insan onun burada hər hansı ayrı seçkiliyə məruz qaldığını deyə bilməz. Tarixə nəzər saldığımız zaman isə sovet dönəmində təbliğ olunan ateizimlə əlaqədar olaraq insanların öz etiqad və inanclarından məhrum buraxıldığını, müqəddəs bayramlarını qeyd edə bilmədiklərini, ibadət etməkdən məhrum buraxıldığını görürük. Bütün bunlar Azərbaycan xalqının mənəvi kimliyini unutmasına səbəb ola bilməmiş, müstəqilliyimizin bərpasından sonra insanların etiqad azadlığı təmin olunmuş, Ramazan bayramı və Qurban bayramı kimi müsəlmanlar üçün müqəddəs hesab olunan günlər rəsmi bayram günləri kimi təqvimə daxil edilmiş, insanların bayramı rahatlıqla qeyd edə bilmələri üçün qeyri-iş günləri kimi nəzərdə tutulmuşdur. Hər il hər iki müqəddəs bayramın qeyd olunması çərçivəsində müxtəlif dövlət tədbirləri keçirilir, müstəqilliyin bərpasında insanların rahat etiqad etməsi üçün ölkədə yüzlərlə məscid açılmış, sovet dövründə baxımsız qalmış məscidlər və diniibadətgahlar təmir olunmuşdur.

İslam inanclarına görə İbrahim peyğəmbərin oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olduğu bir zamanda Allah tərəfindən qurban vermək üçün qoç göndərilməsindən sonra qeyd olunmağa başlayan Qurban bayramı Allaha inanaraq qurban verilən hər şeyin bir xilası ola biləcəyinə işarədir. Fikrimcə İbrahim peyğəmbər hər nə qədər də oğlunu qurban verməyə hazır olsada Allahın onu xilas edəcəyinə içində inam olub və bu onun inamının imtahanı olub. Din tarixi keçərkən müəllimizin insanların hər zaman nəyəsə inanmağa ehtiyacı olduğunu dediyini xatırlıyıram. İndi daha yaxşı anlıyıram ki, insanın inamı və ümidi olmasa yaşaya bilməz.
  . Ölkəmiz doğrudan da regionun güc mərkəzinə çevrilir, amma aqressivliyi, təcavüzkarlığı  ilə deyil, çalışqanlığı, sülhpərvərliyi, tərəqqisi və ədaləti ilə. Hətta müharibə kimi dəhşətli və  qanlı  qarşıdurma da ədalətlə və ədalət naminə olmalıdır. Azərbaycan bunu müharibədən əvvəl də, müharibə və post-müharibə  dövründə də göstərdi və göstərməyə davam edir.

44 Günlük Müharibə geridə qaldı. Azərbaycan öz tarixi torpaqlarında ədaləti bərpa etdi. Öz gücü ilə, qüdrəti ilə, şəhidlərinin qanı, əsgərinin şücaəti, komandanının müdrikliyi və uzaqgörənliyi, xalqının dəstəyi, vəhdəti ilə. Nə münaqişənin 30 illik passiv, nə də 44 günlük aktiv fazası dövründə - saysız hesabsız qərarlarına rəğmən - demək olar ki, heç bir beynəlxalq qurumun – nə BMT-nin, nə ATƏT-in, nə Avropa Şurasının nə də digər “nüfuzlu” saydığımız beynəlxalq  qurumların bizə əməli köməyi dəymədi. Türkiyə Prezidenti T.Ərdoğanın təbiri ilə desək; “öz göbəyimizi özümüz kəsdik”. Amma o müharibə dövründə bir təşkilat var idi ki, ən kritik anda - BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin olan bədxahlarımızın əleyhimizə hazırladığı bəyanat layihəsi müzakirəyə çıxarıldıqda – arxamızda durdu, bizə dəstək oldu. Bu təşkilat, bizim əsas tribunalarımızdan – haqq səsimizi  dünyaya çatdırmaq  üçün  əsas  ruporlarımızdan  biri oldu.  Bu təşkilata üzv olan 155 ölkənin dəstəyi ilə biz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə çevrildik və bu fürsətdən yaralanıb dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə, ədalətin təmin edilməsinə töhvəmizi verdik, dünyada cərəyan edən siyasi proseslərin fəal iştirakçısına çevrildik.

Bu gün, dünyada mövcud olan güc mərkəzlərinin əksəriyyəti ya, “lebensraum” ideyasına  bənzər məqsədlərin reallaşmasına - yəni, ilk dəfə almanların 1901-ci ildə ortaya atdığı – yeni  nüfuz  dairələri,  həyati  sferalar, xammal mənbələri  – daha konkret isə - yeni ərazilər hesabına genişlənmə, yeni müstəmləkəçilik strategiyasına, ya da, təxminən eyni üsullarla əldə edilmiş üstünlükləri əldə saxlamaqla hegemon, dominant mövqeyi qorumaq cəhdlərinə  xidmət edir.

Amma bir hərəkat var ki, nə adı ilə qarşısına qoyduğu məqsədlər,  nə də  şüarları  ilə fəaliyyəti arasında  heç bir  tərs mütənasiblik  yoxdur. Bu təşkilat yarandığı gündən qayəsi heç bir hərbi  bloka qoşulmamaq,  ancaq sülh, inkişaf  və ədalət naminə  əməkdaşlıq etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə, suverenlik və müstəqilliyə hörmət etmək,   maraqların qarşılıqlı qorunması və əməkdaşlığın təşviqi, insan hüquqlarına və beynəlxalq öhdəliklərə hörmət, ədalət kimi prinsipləri şüarına çevirib. 

Bu hərəkat, “Qoşulmama hərəkatı”dır. 1961-ci ildə təsis edilib. Azərbaycan isə bu quruma 2011-ci ildə - yəni cəmi 11 il əvvəl üzv olub. Buna rəğmən, istər bu təşkilatın rutin fəaliyyətində, istərsə də beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi prosesindəki təşəbbüskarlığı və prinsipiallığı,  bu təşkilatı canlandırmaqla,  ölkəmizə böyük nüfuz qazandırmış, XVII Zirvə Görüşünün paytaxtımızda keçirilməsinə, həmçinin 2019-2022-ci illər üzrə sədrliyin ölkəmizə həvalə edilməsinə səbəb olmuşdur.

Bu gün BMT üzvü olan 193 dövlətin 120-si üzv, 17-si də müşahidəçi olmaqla 137-si – yəni 71%-i bu qurumdan yanadır. Başqa sözlə, bu qurum, BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük təsisatdır.

İstər Pandemiya, istərsə də əvvəlki və sonrakı dövrlərdə, ölkəmiz, hərəkatın üzvü olan ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirmişdir və keçirməkdə davam edir. 2018-ci ildən etibarən bu dövlətlərin ölkəmizin ali məktəblərində təhsil alan vətəndaşlarına tam ödənişli təqaüdlər verilir. Azərbaycan, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq, Gənclər Sammitinin keçirilməsi təşəbbüsünü irəli sürmüş və 40 dövlətin gənclərinin iştirakı ilə keçirilən bu Sammitə ev sahibliyi etmişdir. 

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən il Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib və bu gün Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamenti və 8 beynəlxalq parlament  təşkilatı təmsil olunur ki, bu da  ölkəmizin  nəinki  regionda, bütün dünyada artan nüfuzunun  göstəricisidir.

Bu tədbirdə Qoşulmama Hərəkatının parlament şəbəkəsinin nizamnaməsi, şəbəkənin rəsmi loqosu və bayrağı qəbul edilmiş, həmçinin qarşıdakı 3 il üçün şəbəkənin sədri və sədr müavinlərinin seçilmişdir ki, bu da Qoşulmama Hərəkatının funksionallığının, beynəlxalq nüfuzu və siyasi proseslərə təsir imkanlarının daha da artmasına gətirəcəkdir.

Azərbaycanın bu hərəkata qoşulması, bu hərəkatın öncül dövlətlərindən birinə, lokomotivinə çevrilməsi, həm  dünyaya dövlətimizin sülhpərvər dövlət olduğunu, heç bir dövlətlə və ya dövlətlər qrupu ilə münaqişədə maraqlı olmadığının, öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirmək, xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istəyinin, həmçinin də öz ərazisini başqa – xüsusilə qonşu dövlətlərə  qarşı  platsdarma  çevirmək niyyətinin  olmadığının  göstəricisi, eləcə də bu Hərəkat vasitəsilə digər beynəlxalq təşkilatların – xüsusilə BMT-nin fəaliyyətini canlandırmaq, ikili standartlara və ədalətsizliyə qarşı kollektiv immunitet təsis  etmək, ədalətsizliyə uğramış hər bir ölkənin haqq səsinin eşidilməsinə zəmin yaratmaq, silahlı münaqişələr, iqlim dəyişikliyi, humanitar böhranlar  və  digər qlobal problemlərin yaratdığı mənfi nəticələri minimuma endirmək, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin edilməsi üçün Hərəkatının rolunun artırılmasına nail olmaqdan ibarətdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna kimi uzadılması və bu qərarın  üzv dövlətlərin yekdil qərarı ilə qəbul edilməsi də sadalananların əyani təsdiqi, ölkəmizə və Prezidentimizə ehtiram və etimadın göstəricisidir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirakı və çıxışı, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması üçün göstərdiyi təşəbbüsü əsaslandırması, diqqəti parlament diplomatiyası və parlamentlərarası münasibətlərin vacibliyinə çəkməsi, bu prosesin təkcə Qoşulmama Hərəkatı ölkələri arasında deyil, eyni zamanda, dünyanın da müxtəlif parlament təşkilatları arasında münasibətlərin intensivləşməsinə stimul  verəcəyini, həm Parlament, həm də Gənclər Şəbəkəsi  təşəbbüslərinin,  Hərəkatın institusional inkişafı – yəni bütün  strukturları ilə işlək bir hala gəlmiş orqanizm halına  gətirilməsi - üçün atılmış addımlar olduğunu vurğulaması, digər beynəlxalq qurumlarla müqayisədə Hərəkatın daha adil və obyektiv bir qurum kimi fəaliyyətinə diqqət çəkməsi, həmrəyliyi gücləndirmək və üzv ölkələrin vahid mövqedən çıxış etməsinə nail olunması üçün praktiki addımlar atılmasının qurumun potensialını daha da artıracağına vurğu etməsi, Qoşulmama Hərəkatının problemlərin həlli üçün platforma ola biləcəyini xatırlatması konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və təşkilatın inkişafına böyük töhvə kimi dəyərləndirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO