sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Şərəfli vəzifəyə yiyələnən Həmid Qalayev bu işin müqəddəsliyini qoruyub saxlayır

7-12-2022, 10:44 182 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Həmid Qalayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayevdir.

Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Həmid Qalayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Həmid Qalayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Həmid Qalayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Həmid Qalayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Həmid Qalayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Həmid Qalayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Həmid Qalayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Həmid Qalayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Həmid Qalayev özünü doğruldub. Bizdə hörmətli Həmid Qalayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmid Qalayev - Dünya ölkələrinin, xalqlarının tarixində qızıl hərflərlə yazılmış günlər də yox deyil. Hər xalq bunu bir əlamətdar hadisə ilə əlaqələndirir. Bu günlər Vətənlə, onun müdafiəsi, yaxud xalqın azadlığı ilə bağlıdırsa bunu əhəmiyyəti bir az da artır və heç vaxt tarixdən silinmir. 44 günlük Vətən müharibəsinədək Azərbaycanın müharibələrdə əldə etdiyi son zəfər demək olar ki, yaddaşlardan silinmişdi. Son 200 ildə Azərbaycan iri imperialist dövlətlərin maraq dairəsində olub, təcavüzə məruz qalıb, bir milyon kvadrat kilometrdən artıq bir əraziyə malik olan Vətənimiz işğal edilib, bölünüb və Sovet hakimiyyətinin tərkibinə daxil olanda burada lap kiçik bir hissəsi ilə təmsil olunub. Sovet hakimiyyətinin 70 illik varlığına son qoyulanda isə xarici dostlarının dəstəyinə arxalanan Ermənistanın işğalına məruz qalıb. Azərbaycan 30 il dünyada ədalət axtarışında olub, beynəlxalq tribunalardan Ermənistanın ərazilərimizi işğal etməsini sübut edən minlərlə dəlillər gətirib, dünya ölkələrinin tanıdığı sərhədlərimizin zorla dəyişdirilməsinin yolverilməz olduğunu bəyan edib. Beynəlxalq qanunları çeynəyən və əsasən də Ermənistandan bir maşa kimi istifadə edən güclər Azərbaycanın haqlı iradlarını, həqiqəti görməzdən gəlib, əvəzində işğalçı ölkənin tərəfini saxlayıblar. Və...

Beləliklə, dünya birliyinin, BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi qətnamələrin kağız üzərində qaldığını görən Azərbaycan ədaləti bərpa etmək üçün əvvəlcə Ermənistanın təxribatlarına cavab verdi, sonra isə əks hücuma keçərək qanuni, suveren ərazilərini düşməndən azad etdi. 10 noyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələri işğalçı Ermənistan üzərində qəti qələbəsinin təsdiqi kimi Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atdı. Bu, həm də Ermənistanın kapitulyasiyası idi. Müstəqillik tariximizin ilk Zəfər Paradı kimi tarixə düşən 10 dekabr paradı tək regionda deyil, bütün dünyada geniş rezonans doğurdu. Dünyanın əksər ölkələri Zəfər Paradının keçirilməsi münasibətilə xalqımızı, xüsusən də bu Qələbəni bizə bəxş edən Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevi əlamətdar gün münasibətilə təbrik etdilər, mətbuat isə bu xəbəri geniş şəkildə işıqlandırdılar. Zəfər Paradında Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar xəbərlərin manşetində yer aldı. Prezident İlham Əliyev çıxışında Zəngəzur, Göyçə, İrəvan mahalının Azərbaycanın tarixi torpaqları adlandırdı və qeyd etdi ki, bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Qarabağda eyni mənzərə müşahidə olunurdu.

Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi Zəfər Paradında müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 əsgərin və Rəcəb Tayyib Ərdoğanın da paradda iştirak etməsi, Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks etdirən ortaq yürüşü ürəklərə sanki su ələyirdi. Bu mənzərə son 200 illik Azərbaycan tarixində bir ilk idi.

Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə yaddaşlarda hələ çox qalacaq. Bu paradda Azərbaycan şahinləri də öz məharətini göstəriblər.  Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin - həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.

Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini daim hiss edib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını ruhlandırdı, ona qol-qanad verdi, arxasız, köməksiz olmadığını hiss etdirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi.

Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi.

Azərbaycan və Türkiyə rəhbərləri Zəfər Paradını birgə qəbul etməklə yanaşı iki qardaş ölkənin əsgərləri də o meydandan çiyin-çiyinə keçdilər. Həmin gün paytaxtın hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Çünki ilk günlərdən Türkiyənin tutduğu cəsarətli mövqe, xarici çevrələrə ünvanlanan tələbkar vurğu bizim Zəfərimizdə həlledici rol oynadı. Bu Zəfər qardaşlığın Zəfəri, eyni kökdən olan bir millətin işğala qalib gələn iradəsinin təntənəsi oldu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO