sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

“Uludağ” İstirahət və Turizm Mərkəzi ilboyu turistlərin xidmətindədir

7-07-2024, 11:59 83 dəfə baxılıb

“Uludağ” İstirahət və Turizm Mərkəzi ilboyu turistlərin xidmətindədir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Uludağ” İstirahət və Turizm Mərkəzinin direktoru Zabit Əhmədovdur.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Uludağ” İstirahət və Turizm Mərkəzinin direktoru Zabit Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Zabit Əhmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Zabit Əhmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“Uludağ” İstirahət və Turizm Mərkəzinin direktoru Zabit Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zabit Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zabit Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Uludağ” İstirahət və Turizm Mərkəzinin direktoru Zabit Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bu gün Azərbaycanda digər sahələrlə yanaşı, turizm sahəsi də sürətlə inkişaf edir. Ölkə rəhbərliyi bu sahənin inkişafına diqqət və qayğı göstərir. Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab olunur. Ölkəmiz artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi ən vacib məsələlərdən biridir. “Uludağ” Turizm və İstirahət Mərkəzi 2005-ci ildə İlisu kəndində 4 hektarlıq ərazidə inşa edilmişdir. İstirahət mərkəzi ilboyu turistlərin xidmətindədir. Burada istirahətçilər üçün hər cür şəraiti olan kottec tipli mənzillər vardır. “Uludağ”ın ən mühüm və fərqli cəhəti burada müalicə əhəmiyyətli vannaların olmasıdır. İlisu kəndindən 6 kilometr aralıda yerləşən Hamamçay dərəsindən istirahət mərkəzinə asma kəmərlərlə bir çox xəstəliklərin əlacı, möcüzəvi termal bulaqların suyu gətirilmiş və radon vannaları qurulmuşdur.




















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO