sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Rusiya XİN-dən “3+3” bağlı AÇIQLAMA: "Tərəfdaşlarla şərtləşdik ki..."

11-02-2022, 09:06 185 dəfə baxılıb

Rusiya XİN-dən “3+3” bağlı AÇIQLAMA: "Tərəfdaşlarla şərtləşdik ki..."


2021-ci il dekabrın 10-da təşkil olunan “3+3” konsultativ regional platformanın təsis iclasını uğurlu hesab edirəm.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu sözləri TASS-a müsahibəsində söyləyib.

Diplomat deyib: “Biz görüşün yekunlarına əsasən tərəfdaşlarla şərtləşdik ki, formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə yönəldilən məsələlər üzərində cəmləşdirək. Ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırışlara və təhdidlərə müqavimət həmin məsələlər sırasındadır”.

A.Rudenkonun sözlərinə görə, tərəflər iclasları müntəzəm əsasda ildə azı 2 dəfə keçirməyi qərara alıblar. Növbəti tədbirin keçirilməsi üçün artıq bir neçə ölkədən müraciətlər daxil olub.

“Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3” formatına birləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Tbilisi üçün qapı açıq qoyulur. Vacibdir ki, regional işlər Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə müzakirə olunsun”, - deyə Rusiyanın xarici işlər nazirinin müavini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO