sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"

11-08-2026, 09:33 35 dəfə baxılıb

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"


Tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında azərbaycanlılara müraciət edərək Rusiyaya səfər etməməyə və övladlarını ora göndərməməyə çağırış edib.

Hüquqşünas baş verən real bir hadisəni misal çəkərək vətəndaşları ciddi təhlükə barədə xəbərdar edib.

Onun sözlərinə görə, tanışlarından birinin oğlu Moskvada ali məktəbə daxil olub və ora çatarkən hava limanında saxlanılıb: "Hava limanında uşağın telefonunu yoxlayıblar və Çeçenistan prezidenti Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Nəticədə uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün kontrakt imzalamağa məcbur edirlər..."

Əkrəm Həsənov bu cür halların qarşısını almaq üçün valideynləri və gəncləri maksimum diqqətli olmağa, mövcud risklər səbəbindən Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO